Əbdülmalik ibn Abdullah əl-Cuveyni

Bu məqalə fəqih haqqındadır. tarixçi üçün Əlaəddin Ataməlik Cüveyni səhifəsinə baxın.

Əbdülmalik ibn Abdullah bin Yusuf bin Abdillah bin Yusuf bin Muhəmməd bin Həyəveyh əl-Cuveyni, ən-Neysəburi, əş-Şafi (1028—1085, Nişapur) — İslam alimi.

Əbdülmalik ibn Abdullah Cüveyni
ərəb. أبو المعالي الجويني
Doğum tarixi 17 fevral 1028[1][2][…]
Doğum yeri
Vəfat tarixi 20 avqust 1085(1085-08-20)[3][4][…] (57 yaşında)
Vəfat yeri
Elm sahələri fiqh, Usuliddin, kəlam
Tanınmış yetirmələri Əbu Hamid əl-Qəzali[7]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

O, Abdulməlik bin Əbi Muhəmməd Abdillah bin Yusuf bin Abdillah bin Yusuf bin Muhəmməd bin Həyəveyh əl-Cuveyni, ən-Neysəburi, əş-Şafidir. Əbu-l-Məali, İmamu-l-Hərameyn, zamanının nadiri, imamı, fəqihi və üsulçusudur. Şafi üləmasındandır. Şafi məzhəbinə dair fiqh kitablarında “İmam” zikr olunduqda o qəsd olunur. Hicri 419-cu ildə dünyaya gəlib. Atası Əbu Muhəmməd əl-Cuveyni də dövrünün fəqihlərindən və fəzilət sahiblərindən idi.

Elmi atası Əbu Muhəmməd əl-Cuveyni, İskaf əl-İsfəraini, Əbu Abdillah əl-Xabbazi, Əbu Nəim əl-İsfahani, Xorasanda şafilərin şeyxi olan Qazi Hüseyn əl-Mərvəzidən və bir çox üləmadan almışdır.

Tələbələri arasında Hüccətul İslam Əbul-Həmid əl-Ğazali, İbnul-Muzəffər ən-Neysəburi, əl-Hərrasi, İbnul-Quşeyri və başqa bir çox fəzilətli zatlar yer alır.

Əsərləri arasında şafi məzhəbinin üsulu barəsində yazılmış “əl-Burhan”, “ət-Təlxis”,”əl-Varaqat”, məzhəbin fiqhi barəsində yazılmış və məzhəbə ən çox xidmət etmiş kitablar siyahısında olan “Nihayətu-l-Mətləb” kitabı, həmçinin başqa sahələrdə də bir çox əsərləri mövcuddur.

Əbu İshaq əş-Şirazi buyurur: “Bu imamdan faydalanın, o zamanın bəzəyidir”. Əbu Osman əs-Sabuni demişdir: “Allah pislikləri bu imamdan uzaqlaşdırmışdır” İmam Zəhəbi buyurur: “Böyük imam, şafilərin şeyxidir.” Əbu-l-Həsən əl-Bəxarzi buyurur: “Fiqhi əş-Şafinin fiqhi, ədəbiyyatı əl-Əsmainin ədəbiyyatı, gözəl vəzi əl-Həsənu-l-Bəsrinin vəzidir.”

İmam hicri 478-ci ildə vəfat etmişdir.

  • Кирабаев Н. С. Деформация классической теории халифата: ал-Джувейни. — В книге: Кирабаев Н. С. Политическая мысль мусульманского средневековья. М., 2005. — 256 с. — ISBN 5-209-01948-9 — с.97-108.
  • Hallaq, Wael B. Caliphs, Jurists and the Saljuqs in the Political Thought of Juwayni. The Muslim World 74, no. 1 (1984): 26-41.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]