İslam |
---|
İslamda iman |
Allah • Allahın varlığı və təkliyi • Mələklər • Müqəddəs kitablar • Məhəmməd peyğəmbər və digər peyğəmbərlər • İmamət • Axirət • Kəlmeyi-şəhadət |
Firuiddin |
Namaz • Zəkat • Xüms • Oruc • Həcc |
İslamda xüsusi günlər |
Besət bayramı • Ramazan bayramı • Qurban bayramı • Qədir-Xum |
Quran |
Sünni • Hədis • Təsəvvüf · Fiqh • Kəlam • Şəriət |
İslam tarixi |
Əhli-Beyt • Səhabə • Şiəlik • Sünnilik • Xaricilik • Dörd xəlifə • İmamət • Məhəmməd |
Kəlam (ərəb. الكلام) — Allah-təalanın zatından və sifətlərindən, başlanğıcı və sonu etibarilə yaradılanların vəziyyətlərindən bəhs edən bir elmdir. Məlum olduğu kimi bu tərifdə ilahiyyat və səmiyyət zikr edilmiş, lakin peyğəmbərlik zikr edilməmişdir. Axirət və ona bənzər məsələlər ancaq peyğəmbərin təbliği ilə bilindiyi üçün, səmiyyat zikr edilincə nübuvvət də buna aid olduğu düşüncəsiylə peyğəmbərlik müəssisəsinə xüsusi olaraq yer verilməmişdir.
Mərhum Ömər Nəsuhi Bilmən kəlam elminə çox gözəl və ətraflı bir tərif vermişdir: "Kəlam elmi, Allah Təala həzrətlərinin zat və sifətlərindən, nübüvvət və risalətə aid olan məsələlərdən, başlanğıcı və sonu etibarilə yaradılanların vəziyyətlərindən İslam qanununu əsas tutaraq bəhs edən bir elmdir."
Kəlam elminə mövzusuna görə verilən təriflərdə iki xüsusiyyət diqqəti cəlb edir. Bunların birincisi başlanğıcı və sonu etibarilə yaradılanların vəziyyətləri, digəri isə İslam qanunu üzrə olmasıdır. Məlum olduğu kimi fizika, kimya, biologiya və riyaziyyat kimi müsbət elmlər də yaradılanların hallarından bəhs edir. Lakin, bu elmlər insanı ələ alarkən başlanğıcı və sonu etibarilə yaradılanların vəziyyətlərindən bəhs etməz. Yəni "bu hadisələr necə meydana gəlir? Bunları meydana gətirən ilk səbəb nədir? İnsanın yaradılışındakı məqsəd və qayə nədir? Öldükdən sonra nə olacaq?" kimi suallara cavab verməz. Onlar sadəcə insanın hissiyyat orqanlarıyla görüb dərk edə biləcəkləri şeyləri izah edərlər. Kəlam elmi bu baxımdan pozitiv elmlərdən ayrılır və hadisələri başlanğıcı və sonu etibarilə incələyir.
Kəlam elmi İslam qanunlarına riayət etdiyi üçün fəlsəfədən ayrılır. Fəlsəfə də Kəlam elmi kimi Allahın zatından və sifətlərindən, başlanğıcı və sonu etibarilə yaradılanlardan bəhs edir. Ancaq fəlsəfədə ağıl əsas alınaraq məsələlər şərh edilir. Fəlsəfə ağla uyğun olmayan xüsusları nəql olaraq qəbul etmir. Kəlam isə nəqli əsas tutaraq məsələni izah etməkdədir. Kəlam hər nə qədər etiqadi mövzuların izah və isbatınında ağıla yer versə də, nəqli hərəkət nöqtəsi olaraq qəbul edir və İslam qanunlarına bağlı qalır.
İbn Xəldun Kəlam elmini belə tərif edir: "Kəlam, dəlilləri ağılla, əqidələri imanla müdafiə edən, etiqadi mövzularda sələfin və əhli sünnənin təqib etdiyi yoldan üz döndərən bidətçiləri rədd edən bir elmdir."
Kəlam, müxaliflərin və bidətçilərin etirazlarına cavab verir, onları ağıl və nəql ilə susdurmağa çalışır. Buna görə də kəlam elmi münazərə və cədələyə olduqca çox əhəmiyyət verir. Əqaid və tövhiddə münaqişə və cədəl yoxdur. Ayələrdə və hədislərdə nə necə gəlmişsə, ona eləcə də inanılır və təslim olunur. Beləliklə də kəlam aşağıdakı mövzulara aydınlaşdırır.
a. İnsanlardakı imanı təqliddən qurtarıb təhqiqi və sarsılmayan iman dərəcəsinə yüksəldir.
b. Kəlam elminin məsələlərini izah etməklə doğru yolu axtaran insanları irşad edir, inadçıları da dəlillərlə susdurur.
c. İman əsaslarını batil düşüncələrin şübhələrindən uzaqlaşdırır.
d. Digər dini elmlər bu elmə istinad edir. Çünki, kəlam elmi olmazsa digər dini elmlərin varlığından bəhs etmək olmaz.
e. İnsanlara əməllərində ixlaslı, niyyətlərində saf və inanclarında qüvvətli olmağa köməklik edir.
Tarix olaraq İslam aləmində ilk fəlsəfi cərəyan, hicri I əsrdə "kəlam elmi" adı altında meydana çıxdı. Əsrlərdən bəri müxtəlif inanıcların, müxtəlif fəlsəfələrin yaşadığı geniş bir sahəyə yayılan İslam coğrafyasında, xüsusən dörd xəlifə zamanından başlayaraq bir çox dini qruplar meydana çıxmağa başladı. Bu qruplar arasında, fəlsəfi məsələlərə ən çox əhəmiyyət verən və bu barədə nəzəriyyələr irəli sürən, Mötəzilədir. Xəlifə Mənsur zamanından (h.156-m.772) başlayaraq Məmun və xələfləri dövründə böyük bir yayılış göstərən Yunan, İran, Hind, və s. əsərlərini tərcümə cərəyanı, adı çəkilən fəlsəfi fikirləri İslam mühitinə tanıdanda, Mötəzilə, məzhəblərini daha qüvvətlə müdafiə etmək üçün həmin nəzəriyyyələrdən dərhal faydalanmağa başladılar.
Mötəzilənin bu sahədəki çalışmaları qarşısında, Əhli-Sünnə alimləri də boş dayanmadılar. İbn Kilabül-Bəsrinin bu yoldakı səyi Əbül Həsən-əl-Əş’əri (h.260-324/m.873-935) tərəfindən müvəffəqiyyətlə davam etdirilərək Əhli-Sünnəyə məxsus bir Elmi-Kəlam təxsis edildi. Bu sonralar Əbu Bəkirül-Baqillani (v. h.403/m.1012-1013) və İmam əl-Hərəmeyn adıyla məşhur olan Əbül-Məali əl-Cüveyni (h.478/m.1085-86) tərəfindən tamamlanmışdır.
İmam Qəzzali (h.450-505/m.1058-1111) ilə bərabər, Kəlamın yeni bir mərhələyə daxil olduğuna şahid oluruq. Qəzzali zamanında, Yunan fəlsəfəsinə aid nəzəriyyələr (Fərabi və İbn Sina ilə) Müsəlmanlar arasında layiqincə yer tutub inkişaf etdiyi üçün, fəlsəfəçilərin hər dediyini rədd və ya qəbul etməyə meyl edən iki zidd baxışlar yaranmışdı. Qəzzali, müxtəlif əsərləri ilə, həmin baxışların hər ikisinə qarşı mübarizə aparmışdı.
Bütün islami elmlərdə olduğu kimi kəlam elmi də bu məqsədləri gercəkləşdirərək əsl və yeganə məqsəd olan dünya və axirət səadətini əldə etməyə çalışır.