Əbdülvahid Kuzəçioğlu — müğənni
Əbdülvahid Kuzəçioğlu 1925-ci ildə Kərkükdə doğulmuşdur[1]. Çox məlahətli və güclü səsi olmaqla tanınmış müənnilər arasında öndə getmişdir. Şərq ölkələrinin əksəriyyətində məşhur olan bu müğənni türkman mahnılarını aləmə tanıdan bir sənət elçisi adına layiq görülümüşdür.
Əbdülvahid Kuzəçioğlu İraqda neft şirkətində çalışmışdır[2].
1966-cı ildə Kərkükdə "Kuzəçioğlunun xoyrat və bəstələri" kitabı çapdan çıxmışdır. Kitabda Səməd Vurğunun "Gülə-gülə" və Rəsul Rzanın "Layla balam, a layla" şeirlərinə bəstələnən mahnılar da var. İfa etdiyi "Olum boyun qurbanı", "Ay qız mənə bax, bax", "Vəfasız", "Samovar almışam silənim yoxdur" Azərbaycan mahnıları müğənninin repertuarına daxildir.
1966-cı ildə Qəzənfər Paşayev Kərkükdə olarkən Kuzəçioğlu ilə görüşmüşdür. Bağdadda olarkən Qəzənfər Kuzəçioğlunun Bakıda rəssam Nazim Rəhmanzadənin çəkdiyi portretini gətirmiş, "Qardaşlıq" (Mədəniyyət ocağı) rəhbərliyinə vermişdir[3].
Kərküklü Əbdülvahid Kuzəçioğlunun XX əsrin 50–60-cı illərindən bir çox Azəri mahnısını oxuması nəticəsində Azəri mahnılarının Kərkükə girməsi qolaylaşmışdır. Mahir Naqib