Əbdürrəhim Karakoç (7 aprel 1932[1], Əlbistan, Qəhrəmanmaraş – 7 iyun 2012, Ankara) — Türkiyə şairi, jurnalist.
Əbdürrəhim Karakoç | |
---|---|
Doğum tarixi | 7 aprel 1932[1] |
Doğum yeri | |
Vəfat tarixi | 7 iyun 2012 (80 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | Yoluxucu xəstəliklər |
Dəfn yeri | |
Fəaliyyəti | jurnalist, şair |
Əbdürrəhim Karakoç 1932-ci ilin aprel ayında Qəhrəmanmaraş ilinin Ekinözü ilçəsində dünyaya gəlmişdir. Babası, atası və qardaşları da şair olduğu üçün kiçik yaşlarından şeirə maraq göstəmişdir. İlk yazdığı təxminən 2 kitab həcmində şeirlərini bəyənmədiyi üçün yandırmışdır. 1958-ci ildən etibarən yazdıqlarını "Həsənə məktublar" adı altında 1964-cü ildə 10 000 nüsxəylə çap etdirmişdir. Fədai Nəşriyyatında çap olunan bu kitab qısa zaman içində satıldığına görə yenidən 10 000 nüsxəylə nəşr olunmuşdur. 1958-ci ildə yaşadığı qəsəbənin bələdiyyəsində məsul mühasib işləməyə başlamışdır. 1981-ci ilin mart ayında təqaüdə çıxmışdır.
Şeirlərinin əksəriyyəti mübariz ruhdadır. Həcvləri əsasən haqsızlıqların, demokratiya məsxərəsinin tənqidinə yönəlmişdir. Təxminən 30 dəfə məhkəməyə verilsə də hamısında bəraət almışdır. Bu məhkəmələrdə özünə heç vaxt vəkil tutmamış, özü-özünü müdafiə etmişdir. Hakimiyyətə gələn iqtidarların hamısına müxalif mövqedə durmuşdur.
Şeirlərinin əsas mövzusu insandır. "Serdengeçti", "Töre-Dövlet", "Ocak", "Yeni Düşünce", "Yenisey", "Alperen" nəşriyyatlarında bu günə qədər 12 şeir kitabı və 1 məqalələr tolusu nəşr olunmuşdur. 2007-ci ildə qələmə aldığı "Qarabağa məktub" şeiri Türk dünyasında populyarlıq qazanmışdır.[2]
1985-ci ildən jurnalistika sahəsində çalışmışdır. Bir müddət siyasətə qoşulsa da sonradan ayrılmışdır. Bir yazısında siyasətə nəyə görə qoşulub nəyə görə ayrıldığına belə aydınlıq gətirmişdir: "Allah rizası üçün qoşulmuşdum, Allah rizası üçün də ayrıldım".
2012-ci ildə ciyərlərindəki infeksiya səbəbiylə bir müddət Konyada müalicə almışdır[3]. Vəfat etdiyinə dair 24 aprel 2012-ci ildə "Radikal" qəzetində əsassız xəbər yayılmışdır[4]. Bundan bir gün sonra, 25 aprel 2012-ci ildə baş nazirin köməkçisi Bülent Arınç onu müalicə olunduğu xəstəxanada ziyarət etmişdir[5].
7 iyun 2012-ci ildə Qazi Universiteti Tibb fakültəsinin xəstəxanasında reanimasiya şöbəsində vəfat etmişdir[6].