Yoluxucu xəstəliklər — patogen mikroorqanizmlərin, virusların və prionların orqanizmə daxil olması nəticəsində yaranan xəstəliklər qrupu. Patogen mikrobun yoluxucu xəstəlik törətməsi üçün onun virulentliyi (zəhərlilik; lat. virus – zəhər), yəni orqanizmin müqavimətini aradan qaldırmaq və zəhərli təsir göstərmək qabiliyyəti olmalıdır. Bəzi patogen agentlər həyat fəaliyyəti zamanı ifraz etdikləri ekzotoksinlərlə orqanizmin zəhərlənməsinə səbəb olur (tetanoz, difteriya), digərləri orqanizmi məhv edildikdə (vəba, qarın tifi) toksinlər (endotoksinlər) buraxır.
Yoluxucu xəstəliklər | |
---|---|
| |
XBT-10 | A -B |
XBT-10-KM | A00.B99 |
XBT-9 | |
XBT-9-KM | 079.0[1][2], 136.9[2], 136.8[2] |
MeSH | D003141 |
Vikianbarda əlaqəli mediafayllar |
Yoluxucu xəstəliklərin xüsusiyyətlərindən biri inkubasiya dövrünün olmasıdır, yəni yoluxma anından ilk klinik əlamətlərin görünməsinə qədər olan dövr. Bu dövrün müddəti infeksiya üsulundan və patogenin növündən asılıdır və bir neçə saatdan bir neçə ilə qədər davam edə bilər (sonuncu nadir halda olur).
Mikroorqanizmlərin bədənə daxil olduğu yerə infeksiyanın giriş qapısı deyilir. Hər bir xəstəlik növünün özünəməxsus giriş qapısı var, məsələn, vəba vibrionu ağızdan bədənə daxil olur və dəriyə nüfuz edə bilmir.
Yoluxucu xəstəliklər — xüsusi tibb fənnidir.
Yoluxucu xəstəliklərin bir çox təsnifatı var. Qromaşevski tərəfindən tərtib olunmuş təsnifat ən çox istifadə olunandır:
Yaranma təbiətindən asılı olaraq, yoluxucu xəstəliklər aşağıdakılara bölünür:
Aşağıdakı cədvəldə Ümümdünya Səhiyyə Təşkilatının məlumatına görə, 2002-ci ildə 100.000-dən çox insanın öldüyü yoluxucu xəstəliklərin siyahısı verilmişdir. Müqayisə üçün 1993-cü ilin məlumatları təqdim olunmuşdur.
Yeri | Ölüm səbəbi | 2002-ci ildə vəfat edənlər, mln | % bütün ölümlər |
1993-cü ildə vəfat edənlər, mln. | 1993-cü ildə yer |
---|---|---|---|---|---|
N/A | Bütün yoluxucu xəstəliklər | 14,7 | 25,9 % | 16,4 | 32,2 % |
1 | Aşağı tənəffüs yollarının xəstəlikləri[5] | 3,9 | 6,9 % | 4,1 | 1 |
2 | HİV/QİÇS | 2,8 | 4,9 % | 0,7 | 7 |
3 | Bağırsaq xəstəlikləri[6] | 1,8 | 3,2 % | 3,0 | 2 |
4 | Vərəm | 1,6 | 2,7 % | 2,7 | 3 |
5 | Malyariya | 1,3 | 2,2 % | 2,0 | 4 |
6 | Qızılca | 0,6 | 1,1 % | 1,1 | 5 |
7 | Göy öskürək | 0,29 | 0,5 % | 0,36 | 7 |
8 | Tetanoz | 0,21 | 0,4 % | 0,15 | 12 |
9 | Meningokok infeksiyası | 0,17 | 0,3 % | 0,25 | 8 |
10 | Sifilis | 0,16 | 0,3 % | 0,19 | 11 |
11 | Hepatit B | 0,10 | 0,2 % | 0,93 | 6 |
12–17 | Tropik xəstəliklər (6)[7] | 0.13 | 0,2 % | 0,53 | 9, 10, 16–18 |
Qeyd: Digər səbəblər ana və körpə ölümü (5,2%), qidalanma çatışmazlığı (0,9%), qeyri-infeksion xəstəliklər (58,8%) və xəsarətlərdir (9,1%). |
Ölənlərin sayına görə HİV/QİÇS, vərəm və malyariya liderlik edir. Bütün nozoloji vahidlər üzrə ölüm nisbəti azalıb, lakin QİÇS üçün bu göstərici 4 dəfə artıb. Uşaq yoluxucu xəstəliklərə məxmərək, göy öskürək, poliomielit, difteriya, qızılca və tetanoz, həmçinin aşağı tənəffüs yolları və bağırsaq xəstəliklərinin yüksək faizi daxildir.
Pandemiya (və ya qlobal epidemiya) dünyanın geniş ərazisinin əhalisinə təsir edən bir xəstəlikdir.
Profilaktik tədbirlər:
Karantin infeksiyanın yayılmasının qarşısını almaq üçün tədbirlər kompleksidir. Bura xəstələrin təcrid edilməsi, yaşayış yerinin dezinfeksiya edilməsi, xəstələrlə təmasların müəyyən edilməsi, sosial məsafənin saxlanması və s.