Əbdürrəhman Güləhmədov

Əbdürrəhman Niyaz oğlu Güləhmədov (25 avqust 1908, Gürcüstan, Ahalkələk rayonu, Kokiya kəndi – 1989, Bakı) — aqrar elmləri doktoru (1961), professor (1963), Azərbaycan SSR EA-nın müxbir üzvü (1976).[1]

Əbdürrəhman Güləhmədov
Doğum tarixi 25 avqust (7 sentyabr) 1908
Doğum yeri
Vəfat tarixi 1989
Vəfat yeri
Atası Niyaz Güləhmədov
Elmi dərəcəsi aqrar elmləri doktoru
Elmi adı professor
İş yeri
Təhsili
  • K.A.Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyası[d]
Mükafatları Azərbaycan SSR Dövlət mükafatı — 1978

Əbdürrəhman Güləhmədov 25 avqust 1908-ci ildə Borçalı mahalına qonşu Ahalkələk (Ağcaqala) rayonunun Kokiya kəndində anadan olub.[1] Uşaq ikən yetim qaldığı üçün natamam orta təhsilini Gəncə şəhərinin uşaq evində alıb. Sonra Gəncə Kənd Təsərrüfatı Texnikumunun Aqronomluq şöbəsini bitirib və Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunda işləyib.

Əbdürrəhman Güləhmədov ali təhsilini Moskva Kənd Təsərrüfatı Akademiyasının Torpaqşünaslıq və Aqrokimya fakültəsində alıb.[2]

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Əbdürrəhman Güləhmədov əmək fəaliyyətinə 1930-cu ildə Moskva Kənd Təsərrüfatı Akademiyasının Aqrokimya kafedrasında, D. H. Pryanişnikovun laboratoriyasında başlayıb. O, 1956-cı ildən ömrünün sonuna kimi AEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Mikroelementler şöbəsinin rəhbəri vəzifəsini icra edib.[1]

Əbdürrəhman Güləhmədov 1932-ci ildən etibarən həm də Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda aqrokimya fənnindən mühazirələr oxumaqla kadr hazırlığı işində yaxından iştirak edib. Azərbaycan SSR-in pambıqçılıq zonasında torpaqların azot, fosfor və kaliumla təmin olunması kartoqramını tərtib edib. Torpağın aqrokimyəvi tədqiqat üsullarını, həmçinin yerli xammal bazası əsasında kompleks gübrələrin yeni növlərinin alınma texnologiyasını işləyib hazırlayıb. Respublikada ilk torpaq-aqrokimya xaritələrini tərtib edib.

Əbdürrəhman Güləhmədovun tədqiqatlarının ən aktual sahələrindən biri yeni növ gübrələrin istehsal texnologiyasının hazırlanması olub. O, yerli sənaye tullantılarından alınan yeddi növ polimikrogübrələrin və sənaye miqyasında yüz tonlarla istehsal edilən mikroelementləşdirilmiş istehsal texnologiyalarının müəllifi olub.[1]

Üzv olduğu cəmiyyətlər

[redaktə | mənbəni redaktə et]

Əbdürrəhman Güləhmədov uzun illər Torpaqşünaslıq və aqrokimya ixtisası üzrə müdafiə şurasının və Ümumittifaq Kənd Təsərrüfatı Akademiyası Zaqafqaziya şöbəsinin torpaqşünaslıq, aqrokimya bölməsinin üzvü olub

Habelə keçmiş Ümumittifaq Torpaqşünaslar Cəmiyyətinin üzvü və mikroelementlər üzrə keçirilən qurultayların və konfransların daimi iştirakçısı olub. Alim respublikada D. İ. Mendeleyev adına Kimya Cəmiyyətinə rəhbərlik edib, Azərbaycanda Kənd Təsərrüfatının Kimyalaşdırılması Problemi üzrə Şuranın sədri olub.[1]

Akademik fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Əbdürrəhman Güləhmədov 1948-ci ildə aqrar elmlər üzrə fəlsəfə doktoru, 1961-ci ildə elmlər doktoru, 1963-cü ildə professor elmi adını alıb. 1976-cı ildə isə Azərbaycan EA-nın müxbir üzvü seçilib.[1]

Alim 250-yə qədər elmi əsərin, habelə 15 müəlliflik şəhadətnaməsi, 10 səmərələşdirici təklifin, 5 monoqrafiyanın müəllifidir. Eyni zamanda yüksək ixtisaslı 42 fəlsəfə və 3 elmlər doktorluğu işinə rəhbərlik edib.[1]

Əbdürrəhman Güləhmədov 1989-cu ildə Bakıda vəfat edib.[1]

Əbdürrəhman Güələhmədov 1978-ci ildə Azərbaycan SSRİ Dövlət Mükafatına layiq görülüb.[1]

  • Sarvan M. Borçalı alimləri. Bakı, "Azərbaycan Milli Ensiklopediyası" nəşriyyatı, 2001, 510 s., s.20–22.
  • Sevil Piriyeva. Ahıska türkləri Azərbaycanda (tarixi, sosial-mədəni həyatı). Bakı, "Elm", 2005, 264 s., s.50–51.
  1. 1 2 3 4 5 6 7 8 9 "Güləhmədov Əbdürrəhman Niyaz oğlu" (Azərbaycan). science.gov.az. 21.09.2021 tarixində arxivləşdirilib.
  2. Sevil Piriyeva. Ahıska türkləri Azərbaycanda (tarixi, sosial-mədəni həyatı) (PDF). Bakı: Elm. 2005. səh. 50.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]