Əbdürrəhman ağa Dilbaz oğlu — XVIII əsrin ikinci yarısı və XIX əsrin birinci yarısında fəaliyyət göstərmiş Azərbaycan türklərindən olan şair.[1][2][3]
Əbdürrəhman ağa Dilbaz oğlu | |
---|---|
Doğum tarixi | XVIII əsr |
Doğum yeri | |
Vəfat tarixi | XIX əsr |
Vəfat yeri | |
Fəaliyyəti | şair |
Əbdürrəhman ağa Dilbaz oğlu Vikimənbədə |
Əbdürrəhman ağa XVIII əsrdə Qazax sultanlığının Xanlıqlar kəndində dünyaya gəlmişdir. Gürcü çarı II İrakli Qazax mahalını Gəncə xanlığının hökmdarı Cavad xan Ziyadoğluna tabe etmək istədiyini bəhanə edərək onun gözlərini çıxartdırmışdır.[4]
Əbdürrəhman Dilbazoğlu “Şair” təxəllüsü ilə şeir yazıb. O, dövrünün ən mühüm şairlərindən biridir. Dilbazoğlu Azərbaycan ədəbiyyatının vətənpərvərlik və azadlıq hərəkatı janrında fəaliyyət göstərmiş ilk nümayəndələrindən olmuşdur.[5] Şairin gözü oyulduqdan sonra novxa (qəmli, şəhid misrası) yazıb[6].
Şairin ən məşhur şeirlərindən biri 1804-cü ildə rus qoşunları ilə vuruşan Gəncə xanı Cavad xan Ziyadoğlunun rəşadət və hünərinin vəsf olunduğu müxəmməsidir[7].