Əbdürrəhman ibn Abdullah əl-Ərhəbi (ərəb. عبدالرحمن بن عبدالله ارحبی) — Kərbəla döyüşündə Hüseynin ordusunda şəhid olan.
Əbdürrəhman ibn Abdullah | |
---|---|
Əbdürrəhman ibn Abdullah əl-Ərhəbi ərəb. عبدالرحمن بن عبدالله ارحبی | |
Vəfat yeri | Kərbəla |
Vəfat səbəbi | şəhid |
Atası | Abdullah əl-Ərhəbi |
Əbdürrəhman Abdullah Ərhəbinin oğlu idi. Ərhəb Banu Həmdan şiə qəbiləsinin məşhur qollarından biri idi.[1] Əbdürrəhman Kufədə nüfuzlu şəxs idi,[2] o, Əli ibn Əbu Talib[2] və Hüseyn ibn Əlinin səhabələri arasında idi.[3] Onun adı müxtəlif formalarda Əbdürrəhman əl-Kudari,[4] Əbdürrəhman ibn Abdullah əl-Ərhəbi[5] və Əbdürrəhman ibn Übeyd əl-Ərhəbi kimi bildirilmişdir.[6]
Hüseyn ibn Əli Yezid ibn Müaviyəyə beyət etməkdən imtina edib Məkkəyə gedəndə Kufə əhli Hüseyni Kufəyə dəvət etmək üçün məktub yazdılar. Əbdürrəhman ibn Abdullah və Qeys ibn Muşir kufəlilər tərəfindən 53 məktub,[7] başqa bir xəbərdə deyildiyi kimi, Hüseynə 153 məktub və ya 50 məktub göndərənlərdən idi.[6] Bütün bu məktubların məzmunu onu Kufəyə getməyə dəvət edirdi. Onlar Məkkəyə hicri tarixlə 10 və ya 12 Ramazan,60-cı il,ya da 680-ci ilin iyul ayı daxil oldular.[8]
Kufəlilərin məktublarına cavab olaraq Hüseyn Kufəlilərin dəstəyinin həcmini ölçmək üçün Müslüm ibn Əqili Kufəyə göndərmək qərarına gəldi. Müslüm ibn Əqil Kufəyə səfərində Qeys ibn Musahir əs-Səidavi, Əbdürrəhman ibn Abdullah və Ümarət ibn Übeyd əs-Səluli ilə birlikdə idi.[9] Müslüm ibn Əqil şəhid olduqdan sonra Əbdürrəhman gizli şəkildə Kufəni tərk etdi və Hüseynin karvanına qoşuldu.[10]
Aşura günü Əbdürrəhman Ömər bin Sədin ordusunun bəzi əsgərlərini öldürdü və yaraladı. Düşmənin ilk hücumunda şəhid olanlardan sayılır.[11] Banu Əsəd cənazəsini digər Kərbəla şəhidləri ilə birlikdə şəhidlərin kollektiv məzarında dəfn etdi. Onun adı “Ziyarə ən-Nəhiyyə əl-Müqəddəsə”də Əbdürrəhman ibn Abdullah ibn əl-Kudari əl-Ərhəbi kimi çəkilir.[12]