Əbu əd-Dərda (586, Mədinə[1] – 653[1], Dəməşq, ərəb. أبو الدرداء) — Məhəmməd peyğəmbərin səhabələrindən biri.
Əbu əd-Dərda | |
---|---|
ərəb. أبو الدرداء | |
Doğum tarixi | 586 |
Doğum yeri | |
Vəfat tarixi | 653[1] |
Vəfat yeri | |
Fəaliyyəti | tacir, vaiz[d], qazı, fəqih, mühəddis |
Vikianbarda əlaqəli mediafayllar |
Əbu əd-Dərda Mədinədə doğulmuş, Xəzrəc qəbiləsinin əl-Haris nəslindən idi. Bədr döyüşündən sonra hicrətin ikinci ilində İslamı qəbul edir. O, ticarətlə məşğul idi, lakin İslamı qəbul etdikdən sonra bu işi tərk edərək zahid həyat tərzi keçirir. O, Uhud döyüşündə və müsəlmanların məkkəlilərə qarşı digər döyüşlərində iştirak etmişdir. Quran, hədislər və İslam hüququ (fiqh) üzrə mütəxəssis olur.
Xəlifə Osman ibn Əffanın dövründə əvvəlcə ona təklif olunan dövlət vəzifəsindən əl çəkmiş və insanlara İslamın əsaslarını öyrətməyə başlamışdır. Bununla belə, o, Suriyanın qazisi olmağa razı olur. O, üçüncü raşidi xəlifə Osmanın öldürülməsindən əvvəl 653-cü ildə vəfat etmişdir.