Əbu Abdürrəhman əs-Sulami əl-Kufi (ən geci 632 – ən tezi 693 və ən geci 695, Kufə[1], ərəb. أبو عبد الرحمن عبد الله بن حبيب السلمي) — hədis ravisi, Quran hafizi.
Əbu Abdürrəhman əs-Sulami əl-Kufi | |
---|---|
Doğum tarixi | ən geci 632 |
Vəfat tarixi | ən tezi 693 və ən geci 695 |
Vəfat yeri | |
Elm sahələri | قرائت[d] |
Tam adı Əbu Əbdürrəhman Abdullah ibn Həbib ibn Rəbiə əs-Sulami əl-Kufidir. Məhəmməd (s.a.v) peyğəmbərin sağlığında doğulub. Atası Həbib ibn Rəbiə əl-Sulami Məhəmməd peyğəmbərin səhabəsi olmuşdur. Əbu Əbdürrəhman əl-Sulaminin ya hicri 73 (692/693), ya da hicri 74 (693/694) ildə Kufədə vəfat etdiyi güman edilir[2].
Əbu Əbdürrəhman əs-Sulami Quran hafizi olaraq Osman ibn Əffan, Əli ibn Əbu Talib, Zeyd ibn Sabit, Abdullah ibn Məsud və Ubeyy ibn Kəbdən Quran oxumağı öyrənmişdir.
Onun tələbələri arasında: Asimə ibn Əbu ən-Nəcudə, Yəhya ibn Vətəba, Ata ibn əl-Saibə, Abdullah ibn İsa ibn Əbdürrəhman ibn Əbu Leyla, Məhəmməd ibn Əbu Əyyub, Əmir əş-Şəbi və İsmayıl ibn Əbu Xalid var idi. Osman ibn Əffanın səltənətindən ölümünə qədər Kufə Böyük Məscidində Quran tilavəti dərsləri keçdiyi bilinir[3]. Əbu Əbdürrəhman əs-Sulami heç vaxt Quran oxumaq üçün ödənc almamışdır[4].
Əbu Əbdürrəhman əs-Süləmi hədislərin nəqlçisi idi. O, Ömər ibn Xəttab, Osman ibn Affan[5], Abdullah ibn Məsud[6], Huzeyfə ibn əl-Yəman, Xalid ibn Valid, Səd ibn Əbu Vəqqas, Əbu Musa əl-Əşəri, Əli ibn Əbu Talib, Əbu əd-Dərda və Əbu Hüreyrədən hədis rəvayət etmişdir. Ondan rəvayət etmişlər: Asim ibn Əbu ən-Nücud, Əbu İshaq əl-Subayi, Əlqamə ibn Mərtəd, Ata ibn əs-Sahib İbrahim ibn Yezid ən-Nahi, İsmayıl ibn Əbdürrəhman əs-Sədi, Səd ibn Ubeydə, Səid ibn Cübeyr , Osman ibn əl-Muğirə əs-Səqəfi, Qeys ibn Vəhb, Müslim əl-Batin, Əbu Hüseyn əl-Əsədi və b[7].