Əbu Müslim Xorasani

Əbu Müslim əl-Xorasani (ərəb. أبو مسلم الخراساني‎;Ebu Mûslim Xorasanî ən tezi 718ən geci 719, İsfahan, Əməvilər xilafəti və ya Mərv, Xorasan, Əməvilər xilafətifevral 755) — Əməvilərə qarşı əvvəl Xorasanda, sonra isə İraqda və Xilafətin başqa vilayətlərində qalxmış hərəkatın başçısı idi.

Əbu Müslim Xorasani
ərəb. أبو مسلم
Doğum tarixi ən tezi 718ən geci 719
Doğum yeri
Vəfat tarixi fevral 755
Fəaliyyəti hərbi lider[d], vali[d], dai
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Onun rəhbəri olduğu qüvvələr Əməviləri yıxıb hakimiyyətə Abbasiləri gətirdilər. Sonra Abbasilər Əbu Müslimin xalq kütlələri arasında artan nüfuzundan qorxaraq, onu hakimiyyətin devrilməsində təqsirləndirib, 755-ci il fevralın 15-də xəlifə əl-Mənsurun əmri ilə edam etdilər. Əbu Müslimin qətli Xilafətin bütün ərazisində, o cümlədən Azərbaycanda da Abbasilərə qarşı üsyanlara səbəb oldu.

Əbu Müslim və Dağıstan

[redaktə | mənbəni redaktə et]

Əbu Müslim xarici təriqətinə mənsub olanların ən məşhurlarından idi. Dağıstan xalqlarının bəzilərinin islamlaşması onun adı ilə bağlıdır. Hətta Dağıstanda "Əbu Müslim tarixi"nin bir neçə nüsxələri var[1].

  1. A.R.Şixsaidov. X-XV əsrlərdə Cənubi Dağıstanda islamın yayılması. SSRİ EA Dağıstan filialının Tarix, Dil və Ədəbiyyat İnstitutunun Elmi əsərləri, VI cild, Mahaçqala, 1958, səh. 137.