Əbu Müslim məscidi və ya Əbu Müslüm məscidi — Azərbaycanın Quba rayonunun Xınalıq, Qrız və Cek kəndlərində üç eyniadlı məscid.[1]
Əbu Müslim məscidləri | |
---|---|
41°12′47″ şm. e. 48°14′56″ ş. u. | |
Ölkə | Azərbaycan |
Yerləşir |
Xınalıq kəndi Qrız kəndi Cek kəndi |
Tikilmə tarixi | XVIII əsr |
Xəritədə yeri | |
Vikianbarda əlaqəli mediafayllar |
Quba rayonunun Xınalıq kəndində yerləşən bu məscid, deyilənlərə görə, Abbasi Xilafətinin banisi Abbasın məşhur sərkərdəsi Əbu Müslim əl-Xorasani tərəfindən təxminən VIII əsrdə tikdirilib. Ehtimal olunur ki, həmin sərkərdə o vaxtlar Azərbaycanın hakimi olmuşdur. Məscid keçmiş SSRİ dövründə anbar kimi istifadə edilsə də, hazırda yerli əhali tərəfindən əvvəlki kimi məscid halına gətirilmişdir. Bu məsciddə hazırda kənd camaatı cümə namazlarını qılır. Xınalıqdakı Əbu Müslüm məscidinin ağac sütunları oyma üsulu ilə müxtəlif formalı nəbati motivlər və göl təsvirləri ilə bəzədilmişdir.[2].
Məscidin girişində, sağ tərəfdə 2 metr yüksəklikdə yerləşən 2 müxtəlif daş üzərində "runa" yazıları həkk olunub. Yazıların təqribən 3-8-ci əsrlər arasında yazıldığını ehtimal etmək olar. Yazıların tam olaraq tərcümə olunmasa da, təxmini mənası Günəşin doğması və yeni tarixin başlanması mənasını daşıyır[3]
Eyni adlı məsciddən Qrız kəndində də mövcuddur. Lakin ciddi dağıntılara məruz qalması səbəbindən Qrız kəndindəki məscid hal-hazırda istifadə olunmur.
Bu yerlərin İslam dininə möhkəm bağlılığından soraq verən Əbu Müslim məscidinin inşa olunma dövrü, çox güman ki, VIII əsrdə Şirvanı və Dağıstanı işğal edərək İslamı yayan xəlifə Validin qardaşı Əbu Müslimin hakimiyyəti illərinə və yaxud bir qədər ondan sonraya təsadüf edir.
Sovet hakimiyyəti illərində dağıdılaraq daşından məktəb binası, ağaclarından isə taxıl anbarı tikilən məscid, 1988-ci ildə kənd ağsaqqallarından biri Şıxəli Muradovun təşəbbüsü və kənd sakinlərinin köməkliyi ilə qismən bərpa edilmişdir. Lakin maddi çətinliklər üzündən Əbu Müslim məscidinin inşası hələ ki, lazımı səviyyədə tamamlanmamışdır. Onun ətrafında geniş elmi-arxeoloji və memarlıq tədqiqatlarının aparılması çox vacibdir.[4][5]
Kəndin adı | Məscidin sahəsi | Məscidin tutumu |
---|---|---|
Xınalıq | 340 m2 | 340 nəfər |
Cek | 16 m2 | 16 nəfər |
Qrız | ? m2 | ? nəfər |
Tərxan Paşazadə. Əbu Müslim məscidi. "Cəmiyyət və Din" qəzeti. 8-14 avqust 2013, № 29 (215). səh. 9, 15. (az.)