Əbu Müslim məscidi (Xınalıq)

Əbu Müslim məscidi və ya Əbu Müslüm məscidiAzərbaycanın Quba rayonunun Xınalıq, QrızCek kəndlərində üç eyniadlı məscid.[1]

Əbu Müslim məscidləri
Qrız kəndindəki "Əbu Müslim" məscidinin qalıqları
41°12′47″ şm. e. 48°14′56″ ş. u.
Ölkə  Azərbaycan
Yerləşir Xınalıq kəndi
Qrız kəndi
Cek kəndi
Tikilmə tarixi XVIII əsr
Xəritədə yeri
Map
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Xınalıq kəndindəki məscid[redaktə | mənbəni redaktə et]

Xınalıqdakı Əbu Müslim məscidi, 2016-cı il

Quba rayonunun Xınalıq kəndində yerləşən bu məscid, deyilənlərə görə, Abbasi Xilafətinin banisi Abbasın məşhur sərkərdəsi Əbu Müslim əl-Xorasani tərəfindən təxminən VIII əsrdə tikdirilib. Ehtimal olunur ki, həmin sərkərdə o vaxtlar Azərbaycanın hakimi olmuşdur. Məscid keçmiş SSRİ dövründə anbar kimi istifadə edilsə də, hazırda yerli əhali tərəfindən əvvəlki kimi məscid halına gətirilmişdir. Bu məsciddə hazırda kənd camaatı cümə namazlarını qılır. Xınalıqdakı Əbu Müslüm məscidinin ağac sütunları oyma üsulu ilə müxtəlif formalı nəbati motivlər və göl təsvirləri ilə bəzədilmişdir[2].

Məscidin girişində, sağ tərəfdə 2 metr yüksəklikdə yerləşən 2 müxtəlif daş üzərində "runa" yazıları həkk olunub. Yazıların təqribən 3-8-ci əsrlər arasında yazıldığını ehtimal etmək olar. Yazıların tam olaraq tərcümə olunmasa da, təxmini mənası Günəşin doğması və yeni tarixin başlanması mənasını daşıyır[3].

Qrız kəndindəki məscid[redaktə | mənbəni redaktə et]

Eyni adlı məsciddən Qrız kəndində də mövcuddur. Lakin ciddi dağıntılara məruz qalması səbəbindən Qrız kəndindəki məscid hal-hazırda istifadə olunmur.

Cek kəndindəki məscid[redaktə | mənbəni redaktə et]

Şıxəli Muradov 1988-ci ildə Cek kəndindəki məscidi bərpa etmişdir.

Bu yerlərin İslam dininə möhkəm bağlılığından soraq verən Əbu Müslim məscidinin inşa olunma dövrü, çox güman ki, VIII əsrdə ŞirvanıDağıstanı işğal edərək İslamı yayan xəlifə Validin qardaşı Əbu Müslimin hakimiyyəti illərinə və yaxud bir qədər ondan sonraya təsadüf edir.

Sovet hakimiyyəti illərində dağıdılaraq daşından məktəb binası, ağaclarından isə taxıl anbarı tikilən məscid, 1988-ci ildə kənd ağsaqqallarından biri Şıxəli Muradovun təşəbbüsü və kənd sakinlərinin köməkliyi ilə qismən bərpa edilmişdir. Lakin maddi çətinliklər üzündən Əbu Müslim məscidinin inşası hələ ki, lazımı səviyyədə tamamlanmamışdır. Onun ətrafında geniş elmi-arxeoloji və memarlıq tədqiqatlarının aparılması çox vacibdir.[4][5]


Texniki göstəriciləri[redaktə | mənbəni redaktə et]

Kəndin adı Məscidin sahəsi Məscidin tutumu
Xınalıq 340 m2 340 nəfər
Cek 16 m2 16 nəfər
Qrız ? m2 ? nəfər

Mənbə[redaktə | mənbəni redaktə et]

Tərxan Paşazadə. Əbu Müslim məscidi. "Cəmiyyət və Din" qəzeti. 8-14 avqust 2013, № 29 (215). səh. 9, 15.  (az.)

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Tərxan Paşazadə, "Azərbaycanın milli etnik nümayəndələri – ceklilər", "Azərbaycan Müəllimlər İnstitutunun Xəbərləri", № 1, Bakı, "Müəllim", 2009 s.37
  2. "Xınalıq" məqaləsi, Azərbaycan Sovet Ensiklopediyası, X cild, Bakı, 1987, səh. 89
  3. "Fuad Hüseynzadə. "Nuhdan qalan dilin daşıyıcıları", "Paritet" qəzeti, 26 noyabr 2010". 2011-08-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-03-29.
  4. Əlhəddin CekliTərxan Paşazadə, "Biz CAN deyirik! Yəni Ceklilər Azərbaycan Naminə!", "Kamal" jurnalı, № 3 (7), iyun 2010, səhifə 44-48.
  5. Quba rayonu, "Əbu Müslim" məscidi.  (az.)

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]