Ədalət Məmmədov (boksçu)

Ədalət Məmmədov (3 avqust 1974, Bakı30 mart 2003, Bakı) — Azərbaycanı təmsil edən boksçu.[1]

Ədalət Məmmədov
Şəxsi məlumatlar
Tam adı Ədalət Aydın oğlu Məmmədov
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Doğum tarixi 3 avqust 1974(1974-08-03)
Doğum yeri
Vəfat tarixi 30 mart 2003(2003-03-30) (28 yaşında)
Vəfat yeri
İdman növü Boks
Boyu 181 sm. (5 ft 6 in)

Karyerası[redaktə | mənbəni redaktə et]

Ədalət Məmmədov 1993-cü ildə Tampere şəhərində (Finlandiya) baş tutan Dünya Çempionatında mübarizə apardı.[2] Ədalət Məmmədov turnirin 1/8 final mərhələsində Finlandiya nümayəndəsi Miya Kihlstroma qalib gəlsə də, 1/4 final mərhələsində ABŞ nümayəndəsi Co-El Sota məğlub oldu və Dünya Çempionatını beşinci pillədə başa vurdu.[2]

Daha sonra Ədalət Məmmədov 1996-cı ildə Vayle şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı.[3] Ədalət Məmmədov turnirin 1/8 final mərhələsində Bolqarıstan nümayəndəsi Svilen Rusinova qalib gəlsə də, 1/4 final mərhələsində Ukrayna nümayəndəsi Vladimir Kliçoya məğlub oldu və Avropa Çempionatını beşinci pillədə başa vurdu.[3]

Ədalət Məmmədov həm də Azərbaycanı 1996-cı ilin avqustunda Atlanta şəhərində (ABŞ) baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil elədi.[4] Ədalət Məmmədov 1/16 final mərhələsi çərçivəsində baş tutan birinci görüşdə Çexiya nümayəndəsi Petr Horaçeh ilə üz-üzə gəldi.[4] Həmin görüşdə rəqibinə vaxtından əvvəl qalib gələn Ədalət Məmmədov turnirin 1/8 final mərhələsinə adladı.[4] Bu mərhələdə onun rəqibi Fransa nümayəndəsi Xose Blocus oldu.[4] Bu görüşdə də Ədalət Məmmədov rəqibinə vaxtından əvvəl qalib gəldi və olimpiadanın 1/4 final mərhələsinə adladı.[4] Bu mərhələdə isə onun rəqibi Nigeriya nümayəndəsi Dunca Dohivari oldu.[4] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Ədalət Məmmədov rəqibinə məğlub oldu və Atlanta Olimpiadasını beşinci pillədə başa vurdu.[4]

Ədalət Məmmədov 2003-cü il martın 30-da 28 yaşında vəfat elədi.[1]

Nəticələri[redaktə | mənbəni redaktə et]

Sıra
İl
Yarış
Ev sahibi
Nəticə
1
1993
Dünya Çempionatı Finlandiya Finlandiya
5.
2
1996
Avropa Çempionatı Danimarka Danimarka
5.
3
Olimpiya Oyunları ABŞ ABŞ
5.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Olympedia.org. "Ədalət MƏMMƏDOV". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  2. 1 2 Amateur-boxing.strefa.pl idman portalı. "1993 World Championships — Results". www.amateur-boxing.strefa.pl (ing.)). 22.08.2022. 2011-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  3. 1 2 Amateur-boxing.strefa.pl idman portalı. "1996 European Championships — Results". www.amateur-boxing.strefa.pl (ing.)). 22.08.2022. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  4. 1 2 3 4 5 6 7 Olympedia.org. "1996 Summer Olympics // Boxing // Men's // Super-Heavyweight // Results". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.