Ədirnənin qurtuluşu

Ədirnə qurtuluşu — iki fərqli tarixi hadisəni ifadə edir. Bunlardan birincisi Osmanlı qüvvələrinin I Balkan müharibəsində Serbiya və Bolqar qüvvələrinə qarşı itirilmiş Ədirnə müharibəsi ilə Osmanlı idarəçiliyindən çıxan və London Konfransı ilə Bolqarıstan Krallığına verilən şəhərin, II Balkan müharibəsi zamanı Ənvər Paşa komandanlığı altındakı Osmanlı ordusu tərəfindən 21 İyul 1913-cü ildə geri alınması hadisəsidir. İkincisi isə I Dünya müharibəsi zamanı Mondros sülhündən sonra Yunan qüvvələri 25 iyul 1920-ci ildə işğal edilən Ədirnə, Mudanya atəşkəsinə əsasən 25 Noyabr 1922-ci il tarixində Türkiyə Böyük Millət Məclisinin qüvvələri tərəfindən geri alınmasıdır. Günümüzdə 25 noyabr tarixi "Ədirnə qurtuluşu" kimi qeyd edilir.

Müharibə əvvəl[redaktə | mənbəni redaktə et]

Birinci Balkan müharibəsindən sonra Bolqarıstanın müttəfiqləri ilə olan anlaşmamazlığı nəticəsində Osmanlı İmperiyası qərargahları tərəfindən Ədirnə və Qərbi Frakiyanın azad edilməsi fikri Padşah V Mehmedə təqdim olundu. Padşah həm Türk imicini düzəltmək, həm də İttihad və Tərəqqi Partiyasının təzyiqindən xilas olmaq üçün planı uyğun bildi və gözlənilmədən hücum edilməsinə qərar verildi.

Müharibə[redaktə | mənbəni redaktə et]

Osmanlı qüvvələri şəhərdə güclü bir müqavimətlə qarşılaşmadan asanlıqla Meriç çayına çatdılar. Amma böyük güclərin təzyiqi nəticəsində dayandılar.

Nəticə[redaktə | mənbəni redaktə et]

Osmanlı dövləti Balkanlarda son qələbəsini qazanıb və I Dünya Müharibəsinə qədər Frakiya sərhədlərində böyük bir torpaq itirmədi. Osmanlı qüvvələrinin 21 İyul günü şəhəri ələ keçirməsinə qarşı Ədirnə yenidən Osmanlı torpaqlarına daxil olması ancaq 29 iyul 1913-cü il Bolqarıstan Krallığı ilə imzalanan İstanbul müqaviləsi ilə rəsmiləşdi.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Edirne'nin Yaşadığı İşgaller - Dört İşgal Dönemi