Ədl - İranın Azərbaycan əsilli zadəgan ailəsi. Ailənin üzvləri Pəhləvi sülaləsi dövründə İran oliqarxiyasının bir hissəsini təşkil etmişdir. Ailənin müxtəlif nümayəndələri İran siyasətində və diplomatiyasında 70 ildən çox müddətdə mühüm rol oynamışdır.[1][2]
Ədllər | |
---|---|
| |
Mənşəyi | Təbriz |
Təbəəliyi |
Qacarlar sülaləsi Pəhləvi sülaləsi |
Mülki fəaliyyəti |
Ticarət Hüquq Kənd təsərrüfatı texnologiyası Tibb Tibbi texnologiya |
Ailənin soykökü Təbriz şəhərindəndir. Ailənin əsasını Hacı Seyid Hüseyn (1840-cı ildə vəfat etmişdir) qoymuşdur. O, Hüseyn Şah adı ilə də tanınıb və Təbriz şəhərinin varlı tacirlərindən olmuşdur. Onun övladları Səid Mirzə İbrahim Xəlil və Mirzə Həsən ənənəvi dini təhsil almış, lakin sonradan ataları onları müasir təhsil almaq üçün xaricə göndərmişdir. Ölkəyə geri döndükdən sonra isə ölkənin müasirləşdirilməsinin pionerləri olmuşdurlar. İbrahim Xəlilin oğlu Mustafa Ədl ilk mülki məcəlləni hazırlamış, onun əmisi oğlu Yəhya Ədl isə ilk müasir cərrahiyyə əməliyyatını etmişdir. Həbib Ədl X-ray kimi tibbi texnologiyaları ölkəyə gətirmişdir. Əhmədhüseyn Ədl modern sənayə kənd təsərrüfatı vasitələrinin ölkəyə gətirilməsində mühüm rol oynamışdır.<ref name=":0"
Ailənin əhəmiyyəti Məşrutə hərəkatından sonra daha da artmışdır. Çünki Məşrutə hərəkatı ilə köhnə aristokrat ailələri öz irsi vəzifələrini itirmiş və onları texnokrat yeni nəsillər əvəzləmişdi.
Ailə köklü varlı ailələrlə etdiyi nigahlar sayəsində öz mövqeyini daha da gücləndirmişdir. Bu ailələr bunlar olmuşdur: Valilər, Hidayətlər, Fərzanələr, Məhdavilər, Buşehrilər və Qacar sülaləsi.
Ailənin müasir soyadının kökü "Ədl" formasındadır. Bu söz ailədə XIX əsrin sonlarında bir neçə hüquqşünas olduğuna görə verilmişdir və ədalət sözündəndir. Bu hüquqşünaslara daxil idi: Hacı Həsən (titulu:Ədl əl-mülk azərb. Mülkün ədaləti), Səid Mirzə İbrahim Xəlil (titulu: Rükn əl-Ədalət azərb. Ədalətin sütunu və Mirzə Mustafa Xan Ədl (titulu: Mənsur əl-Səltənə azərb. Səltənətin qələbəsi).