Əhməd Hüseyn Ədl

Əhməd Hüseyn Ədl (1898, Təbriz1962) — Kənd Təsərrüfatı naziri, Kərəc Kənd Təsərrüfatı Məktəbinin təsisçisi , İran müasir kənd təsərrüfatının yaradıcılarından biri.[1] Ədllər ailəsinə mənsub olmuşdur.

Əhməd Hüseyn Ədl
احمدحسین عدل
Şəxsi məlumatlar
Doğum tarixi 1898
Doğum yeri
Vəfat tarixi 1962
Atası Mirzə Məsud xan Ədlülmülk
Uşağı Şəhriyar Ədl

Bioqrafiyası[redaktə | mənbəni redaktə et]

Əhməd Hüseyn Ədl 1898-ci ildə Təbrizdə dünyaya gəlmişdir. Atası Mirzə Məsud xan Ədlülmülk və babası Hacı Seyid Hüseyn xan Şamqazani Azərbaycanın mülkiyyətçiləri və zənginlərindən idilər.

1963-cü ildə İsfahandan Tehrana gedərkən avtomobil qəzasında vəfat etmişdir.

Təhsili[redaktə | mənbəni redaktə et]

Orta təhsili aldıqdan sonra ali təhsil almaq üçün Fransaya yollanmışdır. Orada kənd təsərrüfatı üzrə ali təhsil almışdır.[2] 1922-ci ildə ali təhsili başa vurduqdan sonra İrana geri dönmüşdür.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

O, üç dəfə Əhməd Qəvamın müxtəlif kabinetlərində, bir dəfə Mirzə İbrahim xan Həkiminin kabinetində və bir dəfədə Fəzlullah Zahidinin kabinetində İranın kənd təsərrüfatı naziri təyin edilib, o həmçinin İsfahan Sənayeçiləri İttifaqının prezidenti olmuşdur. Əhməd Hüseyn Ədl İranın yeni kənd təsərüfatının atası kimi tanınır.[1]

1922-ci ildə xaricdən geri döndükdən sonra İctimai Münasibətlər nazirliyində işləməyə başlamışdır. 1930-cu ildə Aqronomiya Kollecində direktor kimi çalışmağa başlamışdır. Kəracdakı Kənd Təsərrüfatı fakültəsində müəllim kimi çalışmışdır. Sonradan Fəzlullah Zahidinin hökumət kabinetində kənd təsərrüfatı naziri kimi çalışdıqdan sonra özəl sahədə çalışmağa başlamışdır.[1]

Onun əsasını qoyduğu Kərac Kənd Təsərrüfatı Məktəbi sonradan Tehran Universitetinin tərkibinə qatılmışdır.[3]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 Bāqer ʿĀqeli. "ADL, Aḥmad-Ḥosayn". Iranica Online. 2022-05-17 tarixində arxivləşdirilib.
  2. "عدل، احمدحسین". Rasekhoon.net. İstifadə tarixi: 2014-02-17.[ölü keçid]
  3. "Archive of SID" (PDF). Sid.ir. 2015-09-24 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2014-02-17.

İstinadlar[redaktə | mənbəni redaktə et]