İsmiyev Əfəndi Hacımuradoviç — Avro-Asiya İnşaat Korporasiyası “EVRASCON” Açıq Səhmdar Cəmiyyətinin Direktorlar Şurasının sədri, Əməkdar Mühəndis[1]
Əfəndi İsmiyev | ||||
---|---|---|---|---|
Əfəndi Hacımurad oğlu İsmiyev | ||||
|
||||
Şəxsi məlumatlar | ||||
Doğum tarixi | ||||
Doğum yeri |
SSRİ Rusiya SFSR, Dağıstan Respublikası |
|||
Vətəndaşlığı | Azərbaycan | |||
Partiya | Yeni Azərbaycan Partiyası | |||
Təhsili | Saratov Politexnik İnstitutu | |||
İxtisası | İnşaatçı-mühəndis | |||
Elmi fəaliyyəti | ||||
Tanınır | Dövlət xadimi | |||
|
||||
Təltifləri | Əməkdar Mühəndis | |||
Dini | İslam |
Əfəndi Hacımurad oğlu İsmiyev 10 fevral 1955-ci ildə Rusiya Federasiyasının Dağıstan Respublikasında anadan olub. 1978-ci ildə Saratov Politexnik İnstitutunun körpü və tunellər fakültəsini bitirib. SSRİ Nəqliyyat Tikinti Nazirliyinin Yaroslavl şəhərindəki 6 nömrəli tikinti dəstəsində işləyib.
Ə. İsmiyev 1985-ci ildən Bakı şəhərindəki 100 nömrəli Körpü-Tikinti Dəstəsinin baş mühəndisi, 1994-cü ildən isə rəisi vəzifəsində çalışıb.
Ə. İsmiyev 1997-ci ildən “Azərkörpü” Açıq Səhmdar Cəmiyyətinin sədridir.
2013-cü ildə "Azərkörpü" Açıq Səhmdar Cəmiyyətində keçirilmiş rebrendinq nəticəsində şirkət öz adını Avro-Asiya İnşaat Korporasiyası “EVRASCON” adı ilə əvəz etdi. İnşaatın çox sahələrində bacarıqlı fəaliyyəti, işlərin yüksək keyfiyyəti və ən mürəkkəb layihələri öhdəsinə götürmək hazırlığı sayəsində “EVRASCON” Korporasiyası müxtəlif ölkələrdə özünü yaxşı tanıtdı ki, bu da şirkətin adının daha universal bir ada dəyişdirilməsinə səbəb oldu.
Hazırkı vaxtda Əfəndi İsmiyev Avro-Asiya İnşaat Korporasiyası «EVRASCON» ASC-nin Direktorlar Şurasının sədridir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 09 aprel 2010-cu il tarixli sərəncamı ilə o, Azərbaycan Respublikasının tikinti kompleksinin inkişafındakı xidmətlərinə görə “Əməkdar Mühəndis” fəxri adına layiq görülmüşdür.
Fəaliyyət müddəti ərzində korporasiya həm Azərbaycanda, həm də ölkə xaricində müxtəlif obyektlərin tikintisi sahəsində böyük təcrübə qazanmışdır. “EVRASCON” Korporasiyası Qazaxıstan, Rusiya, Ukrayna, Özbəkistan, Moldova və Türkiyədə tikinti fəaliyyəti ilə də məşğuldur. Şirkətin Qazaxıstan, Rusiya, Ukrayna və Türkiyə kimi böyük ölkələrdə filialları fəaliyyət göstərir.
“Azəravtoyol” ASC, “Meliorasiya və Su Təsərrüfatı” ASC, “Azərbaycan Dəmir Yolları” QSC, “Ukravtodor”, BP, BTC (Bakı-Tbilisi-Ceyhan), Tecfen, Petrofac, Technip, Washington International Ink., Keppel (Qazaxıstan LLP, Qazaxıstan Beynəlxalq Dəniz Limanı) və s. şirkət və qurumlar, Dünya Bankı, Avropa Bərpa və İnkişaf Bankı, Avropa Komissiyası, İslam İnkişaf Bankı və TACİS proqramları kimi tanınmış beynəlxalq maliyyə institutları Korporasiyanın sifarişçiləridir.
Ötən illər ərzində Əfəndi İsmiyevin rəhbərliyi altında “EVRASCON” Korporasiyasının kollektivi “Bakı-Tbilisi-Ceyhan” neft kəməri, “Bakı-Supsa” qaz kəməri, Xəzər hövzəsində liman və yanalma körpülərinin (Aktau-Qazaxıstan, Bakı-Azərbaycan), Ukraynada Kiyev-Çop avtomobil yolunun 322–348 km sahəsinin tikintisi layihələrinin reallaşmasında aktiv iştirak etmiş, Bakı-Samur avtomobil yolunun 28–65 km sahəsində çoxsaylı körpü və yol ötürücülərinin, Bakı-Şamaxı avtomobil yolunda körpülərin və yeraltı keçidlərin, Tovuz dolama yolunda Tovuz çayı üzərində orijinal körpünün tikintisini başa çatdırmış və digər çoxlu sayda böyük layihələri reallaşdırmışdır.
Bakı-Ələt yolunun 55 km-də Kür çayı üzərindən körpünün tikintisi (Salyan şəhəri); M6 Hacıqabul-Horadiz avtomobil yolunda Kür çayı üzərindən körpünün tikintisi (Şirvan şəhəri); Araz çayının yeni qolunun tikintisi, Bakı, Sumqayıt şəhərləri və Abşeron yarımadasının su təchizatı üçün strateji əhəmiyyət kəsb edən Samur-Abşeron kanalı suvarma sisteminin yenidən qurulması layihəsi çərçivəsində “Taxtakörpü” su anbarının, uzunluğu 30 km olan “Vəlvələçay-Taxtakörpü” kanalının və uzunluğu 110 km olan “Taxtakörpü-Ceyranbatan” kanalının tikintiləri; Tovuzçay bəndinin tikintisi; Poylu stansiyasında Kür çayı üzərindən dəmir yolu körpü keçidinin tikintisi; Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının 1-ci hissəsinin tikintisi; “Avtovağzal-Memar Əcəmi-2” keçid tunelinin qolunun tikintisi və Bakı metropoliteninin “Əcəmi-2” stansiyası üçün “qruntda divar” üsulu ilə divarların tikintisi; Kazan şəhərində (Rusiya) “Leninskaya” bəndinin bir hissəsinin yenidən qurulması və Kazanka çayı üzərində körpünün tikintisi; M-07 Kiyev-Kovel-Yaqodin avtomobil yolunun km 30+600 – km 64+000 hissəsinin əsaslı təmiri, M-06 Kiyev-Çop (Ukraynanın Kiyev vilayəti) avtomobil yolunun 21 km-də müxtəlif səviyyəli nəqliyyat qovşağının tikintisi; “RF sərhədi (Samaraya) – Şımkent” (Qazaxıstan) respublika əhəmiyyətli avtomobil yolunun km 2231-674 və km 1807-1837 hissələrinin yenidən qurulması; “20 Yanvar” metro stansiyasında böyük yolötürücünün, metronun “Koroğlu” stansiyası rayonunda, Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişdiyi yerdə nəhəng yol qovşağının tikintisi; Bakı şəhərinin H. Seyidbəyli küçəsində böyük yaşayış kompleksi və sair tikintilər “Evrascon” ASC-nin son böyük layihələridir.
Avro-Asiya İnşaat Korporasiyası “EVRASCON” ASC tikinti fəaliyyəti sahəsində qazandığı böyük uğurlara görə 2006, 2007, 2008-cı illərdə MDB dövlətləri üzrə keçirilən II, III və IV Beynəlxalq Dövlətlərarası Müsabiqələrin “Ən yaxşı tikinti təşkilatı” nominasiyası üzrə qalibi diplomlarını almış və şirkətin sədri Əfəndi İsmiyev tikinti kompleksinin ən yaxşı tikinti rəhbəri sertifikatını almışdır.
O, həm də Dağıstan Respublikasının əməkdar inşaatcısıdır. 2007- ci ildə “Ekonomika və biznes” sahəsində “təcrübəsi” nominasiyası üzrə milli mükafat almışdır.
Ailəlidir, 3 övladı, 7 nəvəsi vardır.