Əflatun Sultan oğlu Qubadov (4 sentyabr 1968, Babaxanlı, Cəlilabad rayonu) — Azərbaycan müğənnisi.
Əflatun Qubadov | |
---|---|
Əflatun Qubadov Sultan oğlu | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 4 sentyabr 1968 (56 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | Azərbaycan vətəndaşı |
Uşaqları | Həbibi,Orxan və Şahanə |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | Müğənni |
Fəaliyyət illəri | 1988 - indiyə qədər |
Janr | Xalq mahnıları |
Musiqi aləti | Vokal |
Üzvlüyü | Yeni Azərbaycan Partiyası |
Vikianbarda əlaqəli mediafayllar |
Əflatun Qubadov 1968-ci ilin sentyabrın 4-də Azərbaycanın dilbər guşəsi olan Cəlilabad rayonunun Babaxanlı kəndində anadan olmuşdur.Valideynləri Qubadov Sultan Ağalar oğlu və Qubadova Tamamzər Qılıncxan qızıdır.7 uşaqlı ailənin 2-ci övladı olmuşdur. 1975-ci ildə Babaxanlı kənd məktəbinə getmişdir. 1985-ci ildə isə Əliqasımlı kənd orta məktəbini bitirmişdir. 1986-cı ildə hərbi xidmətə getmişdir. 1989-cu ildə Muğam kollecinə qəbul olmuşdur. Müəllimləri İslam Rzayev , Şövkət Ələkbərova , Nəriman Əliyev , Vahid Abdullayev və Qəzənfər Abbasov olmuşdur. Təhsil aldığı illərdə öz xarakteri və səs rəngi ilə seçilmiş,müəllimlərinin hörmət və diqqətini qazanmışdır. 1991-ci ildə “Muğam ifaçısı və nəzəriyyəsi” ixtisasını bitirmişdir.
1991-ci ildə ailə həyatı qurmuşdur. 2 oğlu 1 qızı və 5 nəvəsi var. Oğlu Orxan ikinci Qarabağ müharibəsində iştirak etmiş və Prezident tərəfindən müharibə veteranı adına layiq görülübdür. Övladlarınnan Həbibi Qubadzadə atasının sənətini davam etdirməkdədir.
1988-ci ildən başlayaraq el şənliklərində edir. 1993-cü ildə ilk albomu (Bir gözələ vurulmuşam) işıq üzü görmüşdür . Bu illərdən başlayaraq Azərbaycan dövlət televiziyasında programlarda iştirak etmişdir.
Əflatun Qubadov ifaçılıqda olduğu qədər bəstəkarlıqdada bacarıqlıdır.İfa etdiyi və xalq tərəfindən sevilən mahnıların çoxu özünə məxsusdur.
2000-ci ildə “Şahanə” instrumental ansambılını yaradıb və bu günə kimi fəaliyyət göstərir.
2004-cü ildə ilk dueti (De görüm kimin yarısan) mahnısını Aşıq Zülfiyyə İbadova ilə ifa etmişdir. Bu duet xalq tərəfindən sevilmişdir. Bunnan sonrakı illərdədə duetlər oxumuşdur. Aşıq Telli Borçalı,Bahar Lətifqızı və Nazənin xanım duet ortaqları olmuşdur.
2009-cu ildə yerli telekanalda keçirilən və ilk dəfə təşkil olunan “Toylar Kralı” yarışmasında finalçı olmuşdur.
Son illərdə ifa etdiyi mahnılar (Ceyran amandı,Canım dədə və Nəvəcan ) Əflatun Qubadovu dahada sevdirmiş və milyonlarnan dinləyici toplamışdır.
Əflatun Qubadov vətənpərvər mahnıları ilədə sevilir. (Güclü Azərbaycan Yol gedir düz Şuşaya Ana gedək Zəngilana Cəbrayıl)
Hal hazırda sənətini davam etdirməkdədir
1993 - Bir gözələ vurulmuşam
1995 - Ağlatma məni
1996 - Gəl hardasan
1997 - Düymələsin
1998 - Bəyaz gülüm
1999 - Sənin olsun
2000 - Nə vermisən mənə dünya
2004 - De görüm kimin yarısan
2005 - Bu gözəli necə sevməyim
2006 - Mənim gizli məhəbbətim
2007 - Sən mənimsən
2010 - Anama qıyma dünya
2015 - Ceyran amandı