Əfqanıstan-Pakistan sərhəd toqquşması (ing.2017 Afghanistan–Pakistan border skirmish) - 2017-ci ilin 5 may tarixində PakistanınBəlucistan əyaləti ərazisində yerləşən Çəmən sərhəd məntəqəsi yaxınlığında Pakistan və Əfqanıstan qüvvələri arasında baş vermiş silahlı toqquşma. Hadisə nəticəsində hər iki tərəfin ümumi itkisi 15 nəfərdən çox olmuşdur.
2017-ci ilin fevral ayında Pakistan Sehvanda baş vermiş partlayışdan sonra Əfqanıstanla olan Çəmən və Torxam sərhəd keçid məntəqələrini bağlamışdır.[4][5] Mart ayında Pakistanın Baş Naziri Nəvaz Şərif sərhəd keçid məntəqələrinin 32 gün qapalı qaldıqdan sonra açılması ilə bağlı göstəriş vermiş bu addımın xoşniyyəti mesajı olduğunu bildirmişdir.[6][7] Hadisələrin gedişatında Pakistan, Əfqanıstanla problemli sərhəd bölgələrinə əlavə mühafizə çəpərləri çəkdiyini bəyan etmişdir.[8]2017-ci ilin 5 aprel tarixində Əfqanıstan Xarici İşlər Nazirliyinin rəsmi mətbuat katibi mühafizə çəpərlərinin kifayət etməyəcəyi təqdirdə rəsmi Kabilin silahlı müdaxiləyə hazır olduğunu bildirmişdir.[9]
Əfqanıstan və Pakistan sərhəddi tarix ədəbiyyatlarında Durand xətti olaraq tanınır və ərazinin hər iki tərəfində puştunlar yaşamaqdadır.[10]Əfqanıstan hökuməti əraziyə nəzarətin düzgün formada təşkil edilmədiyini əsas gətirərək tarixən Pakistanla bu bölgə üzərində fikir ayrılığı yaşamışdır. Əfqanıstanın Xarici İşlər Nazirliyi sərhəd bölgəsinə yaxın yerlərlərdə yerləşən kəndlərdə Pakistan tərəfindən aparılan siyahıyaalınmanın dayandırılmasını tələb etmişdir.
2017-ci ilin 5 may tarixində sərhəd bölgəsində yerləşən kəndlərdə əhalinin siyahıyaalınmasını həyata keçirən Pakistan rəsmiləri Əfqan qüvvələlərinin hücumuna məruz qalmışdır.[11] Pakistan rəsmiləri siyahıyaalınma prosesinin həyata keçirən rəsmilərə atəşin açılmasının daha genişmiqyaslı hərbi əməliyyatlara səbəb ola biləcəyini bildirdi. Hadisə rəsmilərin sərhəd bölgəsinə yaxın ərazidə yerləşən Killi Luqman və Killi Cahangir kəndlərində olarkən baş vermişdir.[12][13] Pakistan tərəfinin iddialarına görə ərazidə yerləşən kəndlərdə siyahıyaalınmanın aparılacağı ilə bağlı məlumat Əfqan Sərhəd Polisinə rəsmi şəkildə bildirilmişdi, ancaq Əfqanıstan tərəfi prosesə süni maneələr yaratmağa başlamışdır.[14]
Əfqanıstanın Qəndəhar vilayətinin mətbuat katibi Pakistanlı siyahıyaalınma qrupunun Əfqanıstan ərazisinə qanunsuz şəkildə daxil olduğunu iddia etdi. Siyahıyaalınma qrupunun atəşə tutulmasına cavab olaraq Pakistan qüvvələri Əfqanıstan qüvvələrinə qarşı hücum əməliyyatına başlamışdır. Pakistan tərəfi üçü qadın və beşi uşaq olmaqla ümumilikdə 9 nəfərin həlak olduğunu və 40-dan çox şəxsin yaralandığı barədə məlumat yayımlamışdır.[15][16]
Əfqanıstan tərəfindən 4 sərhədçinin həlak olduğunu və 14 nəfərin mühafizə polisindən olmaqla 37 nəfərin yaralandığı xəbəri yayılmışdır.[16] Pakistandakı bombardımdan əsnasında iki əfqan dinc sakinin həlak olduğu xəbəri də yayılmışdır.[17] Pakistan ordusu cavab tədbirləri sırasında Əfqanıstan Sərhəd Polisinə bağlı 5 dənə nəzarət məntəqəsinin məhv edildiyini, 50-dən çox əfqan hərbçisinin öldürüldüyünü və 100 dən çoxunun yaralandığını bəyan etmişdir. Eyni zamanda Pakistan öz itkilərinin 2 hərbçi və 9 yaralıdan ibarət olduğunu açıqlamışdır.[18][19][20]
Pakistan ordusu tərəfinin bir digər açıqlamasına görə Əfqanıstan tərəfi toqquşmadan sonra atəşkəsin imzalanmasını təklif etmiş və Pakistan tərəfinin bunu qəbul etdiyini bildirmişdir.[21]