Əfqanıstan Silahlı Qüvvələri

Əfqanıstan Silahlı Qüvvələri Əfqanıstan İslam Respublikasını istənilən daxili və xarici təhdidlərdən müdafiə etmək vəzifəsi daşıyan hərbi qüvvədir. Əfqan Milli Ordusu və Əfqan Hərbi Hava Qüvvələrindən ibarətdir. Ölkə prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanıdır və silahlı qüvvələr birbaşa ona tabedir. Milli Hərbi Komanda Mərkəzi ölkənin paytaxtı Kabil şəhərində yerləşir və silahlı qüvvələrin baş qərargahı hesab olunur.

Əfqanıstan Silahlı Qüvvələri
Qurulub 1709-cu il
Cari forma 1 dekabr 2002
Daxildir Əfqan Milli Ordusu
Əfqanıstan Hərbi Hava Qüvvələri
Qərargah Kabil, Kabil vilayəti, Əfqanıstan[1]
Rəhbərlik
Prezident Əşrəf Qani
Canlı qüvvə
Hərbi yaş 16
Hər il əsgərlik yaşına çatan 378,996 nəfər kişilər,
357,822 nəfər qadınlar
Aktiv kadr 195,000 nəfər (2014)
Xərclər
Büdcə 11.6 milyard ABŞ dolları (2011)[2]
ÜDM faizi 1.9%
Sənaye
Xarici təchizatçılar ABŞ ABŞ
Rusiya Rusiya
Hindistan Hindistan
Çin ÇXR
Türkiyə Türkiyə
Braziliya Braziliya
Əlaqədar məqalələr
Tarix Sovet-Əfqan müharibəsi
Əfqanıstan müharibəsi

1709-cu il əfqan silahlı qüvvələrinin yarandığı tarix hesab edilir. 18-ci əsrdən 19-cu əsrə qədər əfqanlar Səfəvi İmperiyasıMaratha İmperiyasına qarşı bir çox döyüşdə iştirak etmişdir. Ordu Britaniya Hindistanının tərkibində əmir Əbdürrəhman xan tərəfindən idarə olunan zaman 1880-ci ildə yenidən təşkilatlanmışdır. 20-ci əsrin əvvəllərində Əmənullah xanın hakimiyyəti dövründə ilk dəfə modernizasiya olunan əfqan hərbi qüvvələri sonradan, Məhəmməd Zahir şahın 40 illik hökmranlığı dövründə ikinci dəfə yenilənmişdir. Sovet İttifaqı tərəfindən dəstəklənən Əfqanıstan Silahlı Qüvvələri 1978-ci ildən 1992-ci ilə qədər ABŞ, Səudiyyə ƏrəbistanıPakistan tərəfindən dəstəklənən çoxmillətli mücahid qruplaşmalarına qarşı mübarizə aparmışdır. Prezident Məhəmməd Nəcibullanın 1992-ci ildə istefa verməsindən sonra Sovet hökuməti tərəfindən dəstəyin kəsilməsi nəticəsində ölkə müxtəlif qruplaşmalar tərəfindən bir neçə hissəyə parçalandı və mücahidlər hökumətə nəzarəti ələ keçirdi. Həmin dövr ərzində Əfqanıstanda Taliban qruplaşmasının üstünlüyü artdı.

Taliban üzvlərinin hakimiyyətdən düşürülməsindən sonra 2001-ci ilin sonlarından etibarən Əfqanıstan Silahlı Qüvvələri ölkə daxilində yerləşdirilən NATO qoşunları, xüsusilə də ABŞ Silahlı Qüvvələri tərəfindən yenidən quruldu. Ordunun komplektləşdirilməsi və şəxsi heyətə təlimlərin keçirilməsində ilkin problemlərin yaranmasına baxmayaraq, bu qoşunlar Taliban hərəkatına qarşı mübarizədə kifayət qədər effektiv oldular. ABŞ-nin əsas qeyri-NATO müttəfiqlərindən biri hesab olunan Əfqanıstan hələ də bu ölkədən milyardlarla dollar həcmində hərbi yardım alır.

  1. "Virginia National Guard's 29th Infantry Division mentors making a diff". 2018-01-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-01.
  2. C. J. Radin. "Afghan Security Forces Order of Battle" (PDF). 19 aprel 2010. 2016-03-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 1 sentyabr 2018.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]