Əfqan Vəli oğlu Nağıyev (1 oktyabr 1966, Ağdaş, Astraxanbazar rayonu) — Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini, General-leytenant, İkinci Qarabağ müharibəsi iştirakçısı.
Əfqan Nağıyev | |
---|---|
Əfqan Vəli oğlu Nağıyev | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Soyuqbulaq, Cəlilabad rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
Azərbaycan SSR Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Atası | Vəli Nağıyev |
Təhsili | Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Sərhəd Qoşunları |
Rütbəsi |
General-leytenant |
Komandanlıq edib | Sərhəd Qoşunları |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Cəbrayılın azad edilməsi • Zəngilanın azad edilməsi • Füzulinin azad edilməsi |
Təltifləri |
Əfqan Nağıyev 1966-cı il oktyabrın 1-i Cəlilabad rayonunda anadan olmuşdur.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Əfqan Vəli oğlu Nağıyev "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.[1]
Azərbaycanın Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Əfqan Vəli oğlu Nağıyev "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əfqan Vəli oğlu Nağıyev "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[3]