Əfqan Yəhyayev

Əfqan Hacıağa oğlu Yəhyayev — 1-ci Qarabağ müharibəsi şəhidi.

Əfqan Yəhyayev
Əfqan Hacıağa oğlu Yəhyayev
Şəxsi məlumatlar
Doğum tarixi 30 oktyabr 1972-ci il
Doğum yeri Xaçmaz rayonu Çiləgir (Xaçmaz) kəndi, Azərbaycan SSR
Vəfat tarixi 7 oktyabr 1992-ci il
Vəfat yeri Xocavənd rayonu,Kuropatkina kəndi Azərbaycan
Vəfat səbəbi Şəhid olmuşdur
Dəfn yeri Xaçmaz rayonu,Çiləgir kənd qəbiristanlığı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Həyat yoldaşı yoxdur
Uşağı yoxdur
Atası Yəhyayev Hacıağa Bilal oğlu
Anası Yəhyayeva Mehriban Ağabək qızı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu

Həyatı[redaktə | mənbəni redaktə et]

Əfqan Hacıağa oğlu Yəhyayev 30 oktyabr 1972-ci ildə Xaçmaz rayonu Çiləgir (Xaçmaz) kəndində anadan olub.Ailədə 5 qardaş və 1 bacı ümumlikdə 6 uşaq olmuşdular.Ailədə yaşca ən böyük uşaq Əfqan olmuşdur.1-ci sinifdən 8-ci sinifə kimi Çiləgir kənd məktəbində,9 və 10-cu sinifləri Nərəcan kənd orta məktəbində təhsil almışdır.1991-ci il fevral ayında 1-ci Qarabağ müharibəsinə könüllü olaraq qatılmışdır.7 oktyabr 1992-ci ildə Xocəvənd rayonu Kuropatkino kəndi uğrunda gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olub.

Təltifləri[redaktə | mənbəni redaktə et]

5 dekabr 2011-ci ildə Əfqan Yəhyayevin şəhid olduğu ərazidə Xocavənd Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə xatirə kompleksi yaradılıb.[1] Azərbaycan Respublikası Nazirlər kabinetinin qərarına əsasən Xaçmaz rayon Çiləgir kənd tam orta məktəbinə Əfqan Yəhyayevin adı verilib.

İstinadlar[redaktə | mənbəni redaktə et]