Əhəd Hüseyni

Əhəd Hüseyni (d. 14 avqust, 1944, Təbriz, İran) — Cənubi Azərbaycanlı heykəltaraşrəssam.İtaliyaFransada heykəltaraşlıq dərsi almışdır.[1][2]

Əhəd Hüseyni
Doğum tarixi (80 yaş)
Doğum yeri Təbriz
Fəaliyyəti Heykəltaraşlıq
Rəssamlıq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əhəd Hüseyni 1944-cü ildə Qərbi Azərbaycan ostanının Təbriz şəhərində anadan olmuşdur.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

2 illik hərbi xidmətini Xəzər sahillərindəki ucqar kənddə əsgər-müəllim olaraq etmişdir. Buradakı sakit və məşğuliyyətsiz zamanı çox olduğu üçün heykəltaraşlıqla məşğul olmağa başlamışdır. Onun ilk əsərləri Albert Eynşteynin, Bertrand Rasselin, Bethovenin və doktor Albert Şveytserin heykəlləri olmuşdur. Hərbi xidmətini tamamladıqdan sonra qısa müddət Pərviz Tanavolinin Tehrandakı atelyesində çalışmışdır.

1972-ci ildə İtaliyadakı İncəsənət Akademiyasında (Accademia di Belle Arti) təhsil almışdır. Təbrizə geri döndükdən sonra mütəmadi şəkildə heykəltaraşlıqla məşğul olan Əhəd Hüseyni bu dövrdə 12 heykəldən ibarət olan və "Səfalət zəncirləri" adlanan əsərini yaratmışdır. O, bu əsərini Azərbaycan muzeyinə hədiyyə etmişdir.[3] O, bu əsərinə daxil olan heykəlləri tuncdan və üzlərində insanın ağrı-acılarını göstərən şəkildə yaratmışdır.

Əhəd Hüseyni 1980–1982-ci illərdə Təbrizdə heykəltaraşlıqdan dərs demiş və bu müddət ərzində "İncəsənət nədir?" adlanan kitabını yazmışdır.

Türkiyə dövrü

[redaktə | mənbəni redaktə et]

Bundan sonra Türkiyəyə köçmüşdür. Türkiyədə yaşadığı dövrdə İstanbul Universiteti üçün bəzi heykəllər yaratmışdır. Onun İstanbul Universiteti üçün yaratdığı "Düşünən adam" heykəli İstanbul Universitetinin Siyasi Elmlər fakültəsində saxlanılır.[4]

1984-cü ildən 1990-cı ilə qədər Əhəd Hüseyni Fransanın Paris şəhərindəki Dekorativ İncəsənət Məktəbində (École nationale supérieure des arts décoratifs) həm işləmiş, həm də təhsil almışdır. Yaradıcılıqla burada da məşğul olan Əhəd Hüseyni, 1993-cü ildə Fransa TV üçün 60 xüsusi masqa düzəltmişdir. Mona Liza heykəlini 1995-ci ildə Parisdə olarkən düzəltmişdir.[5]

İrana geri dönüşü

[redaktə | mənbəni redaktə et]

1990-cı ildə İrana geri dönmüşdür. Hal-hazırda Təbriz 9-cu Məntəqə Bələdiyyə İdarəsinin təşəbbüsü ilə Təbrizdə divar üzərində Azərbaycanın görkəmli şairi Məhəmməd Hüseyn Şəhriyarın "Heydər babaya salam" poemasının personajlarına uyğun heykəllər hazırlayır.[6]

İncəsənət festivallarında

[redaktə | mənbəni redaktə et]

Əhəd Hüseyninin əsərləri bir çox fransız incəsənət sərgilərində nümayiş edilmişdir:

  • Unesko (1986)
  • Morangis (1987)
  • Ris Orangis (1988)
  • Doaine ä Arcueil (1994)
  • Cachan teatrı (1995)
  • Honqrios Universiteti və Bernanos Qalareyası (1996)

Məşhur əsərləri

[redaktə | mənbəni redaktə et]
  • Dünyadakı iztirab: Cəhalət, Müharibə, Səfalət zəncirləri, Səfil, Aclıq, Siyasi məhbus, Kristal top, Əhali artımı, İrqçilik, Ölümün 5 monsteri, Təşviş və ömrün payızı
  • Böyük həyat və onun problemləri toplusu (Azərbaycan muzeyi)
  • Mona Liza heykəli (Paris Dekorativ İncəsənət Məktəbi)
  • Xəqani heykəli
  • Qonqa heykəli
  • Azərbaycan muzeyindən Təbrizin qonqasına qədər
  • İncəsənət nədir?

Əhəd Hüseyninin məşhur əsərlərinin şəkilləri:

  1. Ahad Hoseini sculptore [ölü keçid]
  2. "Ahad Hosseini". 2019-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-24.
  3. "The Hosseini sculptures were the highlight for me!". 2019-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-24.
  4. Düşünən adam heykəli
  5. Ahad Hosseini, a sculpture from Tabriz, creator of Mona Lisa statue in France museum [ölü keçid]
  6. Ustad Şəhriyarın "Heydər babaya salam" poemasının personajlarına uyğun divar üzərində heykəllər hazırlanır [ölü keçid]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]