Əhliman Ağamirzə oğlu Əzizov (9 mart 1990; Vəndam, Qəbələ rayonu, Azərbaycan — 24 dekabr 2014; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri. 2014-cü ildə Ermənistan-Azərbaycan cəbhə xəttində baş verən atışma zamanı şəhid olmuşdur.
Əhliman Əzizov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Vəndam, Qəbələ rayonu, Azərbaycan |
Vəfat tarixi | (24 yaşında) |
Vəfat yeri | Kəlbəcər rayonu, Azərbaycan |
Atası | Ağamirzə Əzizov |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2008—2009 / 2014 |
Rütbəsi | Gizir |
Vəzifəsi | atıcı |
Əhliman Əzizov 6 iyun 1990-cı ildə Qəbələ rayonunun Vəndam qəsəbəsində Ağamirzə Əzizovun ailəsində anadan olmuşdur.[1] 1996-2007-ci illərdə orta təhsil almışdır.
Əhliman Əzizov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət etmişdir. Hərbi xidmətini başa vurduqdan sonra "gizir" rütbəsində xidmətini davam etmişdir.
Azərbaycan Silahlı Qüvvələrinin giziri olan Əhliman Əzizov 24 dekabr 2014-cü ildə Kəlbəcər rayonunun Murov dağı istiqamətində yerləşən "N" saylı hərbi hissədə xidmət zamanı Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışmada döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur. Nəşi Qəbələ rayonunda torpağa tapşırılmışdır.