Vəndam — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 953-IIQ saylı Qərarı ilə Qəbələ rayonunun Vəndam kənd inzibati ərazi vahidi tərkibindəki Vəndam kəndinə qəsəbə statusu verilmiş, Vəndam kənd inzibati ərazi vahidi Vəndam qəsəbə inzibati ərazi vahidi adlandırılmışdır.[2]
Vəndam | |
---|---|
40°58′53″ şm. e. 47°50′45″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | Azərbaycan dili |
Vikianbarda əlaqəli mediafayllar |
Oykonimin tərkibindəki vən göyrüş ağacının ikinci adıdır. Yerli məlumata görə, bu oykonim "vən (göyrüş) ağacından tikilmiş dam" mənasındadır.[3]
Qəsəbə rayon mərkəzindən 12 km cənub-şərqdə, Qəbələ-İsmayıllı şose yolunun kənarında, Vəndam çayının sol sahilində, Baş Qafqaz silsiləsinin ətəyində yerləşir.[4]
Təbiəti mülayimdir. Vəndam qəsəbəsində dağın ətəyində Yeddi gözəl şəlaləsi vardır. Burada yeddi şəlalə olmasa da yeddi mərtəbə vardır. Rayondakı əksər turizm obyektləri də bu qəsəbədə fəaliyyət göstərir. "Duyma" sağlamlıq və istirahət mərkəzi, "Semerana", "7 gözəl pansionatı" ilə məşhurdur.[4]
Qəsəbənin əhalisi 2008-ci ilin əvvəlinə olan məlumata görə 8,5 min nəfərdir.[5] Hal-hazırda 9 min nəfərə yaxın əhalisi var.[4]
Qəsəbədə çox sayda meyvə bağları və taxıl zəmiləri var.[4]
Qəsəbədə 3 orta təhsil müəssisəsi fəaliyyət göstərir. Bunlardan ən böyüyü 1 saylı orta məktəbdir. Vətən uğrunda şəhid olmuş Eldəniz Mehdiyevin adını daşıyan məktəb Bakı-Qəbələ magistral yolunun sol kənarında, qəsəbə mərkəzində yerləşir. Məktəbin 1250 şagirdi, 150 ixtisaslı müəllim heyəti var. Bu qəsəbənin hər il orta məktəb məzunlarından 90 faizi ali təhsil ocaqlarına daxil olur. 20 nəfərdən artıq alimi və bir neçə elmlər doktoru ilə öyünən vəndamlılar ziyalılıq səviyyəsi ilə öndə gedir.[4]
Vəndam kəndinin qayalıqları və meşələri
Qəbələ rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |