Hacı Əhliman və ya əsil adı ilə Əhliman Rüstəmov (tam adı: Əhliman Fidatxan oğlu Rüstəmov) — azərbaycanlı ilahiyyatçı-alim,[1] din xadimi,[2] Hacı Cavad məscidinin sabiq[3] axundu.[4]
Əhliman Rüstəmov | |
---|---|
Əhliman Fidatxan oğlu Rüstəmov | |
Doğum tarixi | |
Doğum yeri | Qarğılı kəndi, Cəlilabad rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ → Azərbaycan |
Atası | Fidatxan Rüstəmov |
Milliyyəti | azərbaycanlı |
İxtisası | İlahiyyat |
Təhsili | Bakı İslam Universiteti |
Fəaliyyəti | müəllim, axund |
ahliman.info |
Əhliman Fidatxan oğlu Rüstəmov 8 mart 1967-ci ildə Azərbaycan SSR‚ Cəlilabad rayonu, Qarğılı kəndində anadan olub.[5]
1974–1984-cü illərdə Qarğılı kənd məktəbində oxumuş, sonra təhsilini Masallı rayonu Sığıncaq kənd orta məktəbində davam etdirib. Sığıncaq kənd orta məktəbində oxuyarkən dini elmləri öyrənib.[5]
Hələ gənc yaşlarında dini təhsilə və ilahiyyat elmlərinə maraq göstərib. Azərbaycanın tanınmış ruhani alimi Molla Bəylərdən dərs alıb.[5]
Nardaran qəsəbəsində Sahibəz Zaman mədrəsəsində sərf, nəhv, əhkam, İslam tarixi, əqidə əsasları, fiqh, üsul, məntiq və s. ilahiyyat elmlərini tədris etmişdir.[5]
Bakı İslam Universitetini bitirib. Universitet fəaliyyətini dayandırana qədər oranın müəllimi olub.[5]
2021-ci ilin oktyabrın 25-də hüquq mühafizə orqanları tərəfindən Bakıda evində axtarış keçirilib. Nəticədə saxlanılsa da[6], elə həmin gün də sərbəst buraxılıb.[7]
Onlarla kitabı, yüzlərlə məqaləsi dərc edilib.
Məşhəd, Kərbəla, Həcc ziyarətlərində olub.