Əhmədəli mirzə Fətəli şah oğlu Qovanlı-Qacar (1804–1855?) — Fətəli şah Qacarın oğlu, vali, Qacar şahzadəsi.
Əhmədəli mirzə Qovanlı-Qacar | |
---|---|
Əhmədəli mirzə Fətəli şah oğlu Qovanlı-Qacar | |
Doğum tarixi | |
Doğum yeri | Tehran şəhəri |
Vəfat tarixi | |
Vəfat yeri | Tehran şəhəri |
Fətəli şahın оndоqquzuncu оğlu Əhmədəli mirzə (anası Məryəm xanım yəhudi) 19 yanvar 1804-cü ildə Tehran şəhərində anadan оlmuşdu. Mükəmməl saray təhsili almışdı.
Əhmədəli mirzə bir müddət Xorasanın valisi оlmuşdu. Abbas mirzə Hеrata və üsyançı еlxanların üstünə yürüş еdəndə qardaşı ilə qоvğaya girmişdi. Əminə Pakrəvan Abbas mirzənin Xоrasan səfəri haqqında yazır: "Məş¬həd şəhərinin icra işlərindən sorumlu və Əhmədəli mirzənin vəziri olan Mirzə Musa türkmənlərlə gizlin-gizlin irtibat qurmağa başla¬mışdı. Türkmən xanları bütün türkmənləri öz yanlarında bulundura bilmələri üçün məzhəb fərqliliyini də sıx-sıx gündəmə gətirirdilər. Şiə Azərbaycan ordusunun gəlib Sünni Türkmənistana hökm edə-cəyinin mümkün olmayacağını təbliğ edirdilər. Digər tərəfdən, Əh¬mədəli mirzənin Abbas mirzəyə qarşı həsədini, nifrət və kinini də körükləməyə başlamışdılar. Əhmədəli mirzə başdan bəri Abbas mirzəni sevməməkdə idi. Xorasan xanları onun bu duyğusundan ya¬rarlanmağa çalışırdılar. Əhmədəli mirzə də özünü xanların dəstəyi ilə gücləndirib və Azərbaycan ordusuna qarşı çıxmaq istəyirdi. Bir çapar həyəcanlı bir şəkildə xəbər gətirdi ki, Azərbaycan ordusu Şah-rudu tərk etmiş və Bəstama yaxınlaşmaqdadır. Bu qasidin tutub di¬lini kəsdilər ki, niyə belə bəd xəbərlər gətirirsən!
Abbas mirzəyə qarşı bir plan oluşdurmaq amacı ilə şahzadə Əhmədəli mirzə, Mirzə Musa, Rzaqulu xan, Qoçan elxanı və bütün kürd sərkərdələrinin qatılımı ilə bir şura düzənləndi. Digər önəmsiz xanlar isə bu şuradan çıxacaq ortaq qərara təslim olacaqlarını bildirdilər. Şurada təklif olundu ki, Məşhədin darvazları Azərbaycan ordusuna qarşı qapansın və kəsinliklə açılmasın. Məşhəd əhalisinə də təb¬liğ edilsin ki, Azərbaycan ordusunun mənsubları uzun müddətdir daima savaşlara qatıldıqları üçün vəhşiləşmişlər. Azərbaycan ordusu Məşhədə girsə, İmam Rzanın məzarındaki xəzinəni də talan edib aparacaqdır. Onlar düşünürdülər ki, qış boyunca Abbas mirzənin Məşhədə girişini əngəlləyə bilsələr, Şahzadə ordusunun ehtiyaclarını bu soyuq havalarda təmin edə bilməyəcək və Azərbaycan ordusunun düzəni ehtiyac üzündən dağılacaqdır. Baharda isə Abbas mirzə ordu¬sunu toparlayana qədər ona hücum etmək mümkün olacaqdı.
Bu şurada qərara alındı ki, Abbas mirzənin Məşhədə yaxınlaşmasına izin verilsin. Elxanlardan Abbas mirzəyə itaətə hazır ol¬duqları haqda məktublar gəlirdi. Lakin Abbas mirzə öz ehtiyatını əldən vermədən dərin-dərin düşünür və bölgədən gələn, casusları vasitəsi ilə gətirilən xəbərləri yaxşı-yaxşı dəyərləndirirdi. Bu şurada toplanan insanlar Şahzadənin illər boyu sürən savaşlarda birikdirdiyi təcrübəni nəzərə almadıqları üçün yanlış hesab yapırdılar. Bu planlar Abbas mirzə üçün çocuq oyuncağı kimi bir şey idi. Abbas mirzə ona ard-arda gələn bu məktubların arxasındakı təhdid planlarını dərhal sezə bilmişdi. Abbas mirzənin Məşhədin yaxınlığında bir kürd qala¬sını amansızca məğlub etmə xəbəri Məşhədə gəldiyində bu şuradakı ittifaq öz-özünə çözülməyə başladı. Artıq birlikdən deyil, hər ağızdan bir səs çıxmağa başlamışdı. Xanlar başlarına çarə qılmaq üçün öz qalalarına geri döndülər. Çevrələrinin boşalmasını görən Əhmədəli mirzə və onun vəziri Abbas mirzəyə olan sonsuz nifrətlərinə baxmayaraq ona qarşı gəlməməyi düşündülər. Abbas mirzəni qarşılamaq üçün göstəri hazırlıqlarının başlanmasına əmr verildi. Lakin üzlərin¬də qorxu əlaməti açıqca görünməkdə idi. Azərbaycan ordusuna qarşı düzənlədikləri şura haqqında Abbas mirzə bilgi əldə etdikdən sonra onlarla necə davranacağından əndişələnirdilər. Bu şura haqqında Ab¬bas mirzə ayrıntılı şəkildə bilgi sahibi olmasına baxmayaraq özünü elə aparırdı ki, sanki heç bir şey bilməməkdədir. Bu önəmsiz qardaşı ilə mehribanca davrandı. Kirman valisi Həsənəli mirzə kimi Məşhəd valisi Əhmədəli mirzəni da Tehrana göndərdi". Əhmədəli mirzə paytaxtda yaşamışdı. Nasirəddin şahın dövründə, 1855-ci ildə Tehranda vəfat еdib.
Əhmədəli mirzənin törəməsi Əhmədi sоyadını daşıyırlar. Əhmədəli mirzə Məhəmmədtağı xanın qızıyla, Hacı Hüsеynqulu xan Qоvanlı-Qacarın qızıyla və türkmən qızıyla həyat qurmuşdu. Yaqub mirzə, Sultan Hüseyn mirzə, Nadir mirzə, Xangəldi mirzə adlı оğulları, Fəxriülmülk xanım (Gəlin xanım) adlı qızı vardı.