Əhməd-Yurt

Kəndin mərkəzində Rusiya Qəhrəmanı Ramzan Kadırovun abidəsi

Əhməd-Yurt (çeç. Ахмат-Юрт, Хоси-Юрт) — Çeçenistan Respublikasının Kurçaloyevski rayonu ərazisində yerləşən kənd. Axmat-Yurt kənd inzibati vahidliyinin mərkəzi.

Əhməd-Yurt
Хоси-Юрт
43°13′20″ şm. e. 46°15′18″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 1850
Mərkəzin hündürlüyü 862 m[2]
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 9.206 nəf. (2024)[3]
Rəqəmsal identifikatorlar
Telefon kodu +7 87155
Poçt indeksi 366318
Xəritəni göstər/gizlə
Əhməd-Yurt xəritədə
Əhməd-Yurt
Əhməd-Yurt
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kənd Miçik çayının hər iki sahilində, rayon mərkəzindən 15 km şimal-şərqdə və Qroznı şəhərindən isə 52 km cənub-şərqdə yerləşir.

Ən yaxın yaşayış məntəqələri: şimalda — Oisxara kəndi və Yuxarı Noyber kəndi, şərqdə Alleroy kəndi, cənubda Qansolçu kəndi, şimal-qərbdə İlasxan-Yurt kəndi, cənub-qərbdə Ciqurtı kəndi, qərbdə Baçı-Yurt kəndi[4].

Kəndin qurucusu 18-ci əsrdə Oysxara kəndini quran Sontaroyevtlərin nəslindən olan Xosa Umaxanovdur.

İmam Şamilin rəhbərliyi altında 1840-cı ildə Çeçenlərin ümumi üsyanı zamanı, Oysxara da daxil olmaqla, Kaçkalıq silsiləsinin şimal yamacında yerləşən kəndlərdə yaşayan çeçenlər, Miçik naibliyinin naibi Şuayba-mulla Sontaroyevskinin əmrinə tabe idilər.

1944–1958-ci illərdə Çeçenlərin və İnquşların deportasiyasından və Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının ləğvindən sonra kənd Krasnoarmeyskoe[5] adlanır və Dağıstanın Levaşi rayonundan olan insanlar tərəfindən məskunlaşdırılır. Vəziyyətə görə Xosa Umaxanov 1877-ci ilin yanvarında qurulan Çeçen Süvari Alayı sıralarına daxil olur. 12 aprel 1877-ci ildə Rus-Türk müharibəsi başlayır və Çeçen Süvari Alayı Şərq Cəbhəsinə köçürülür. Ehtiyata buraxıldıqdan sonra, bir versiyaya görə, Xosa Umaxanov Neuber kəndinin rəhbəri vəzifəsinə təyin edilir.

Xosa Umaxanovun nəsilləri aşağıdakı soyadların nümayəndələridir — Adalayevlər, Baçalovlar, Paşayevlər, Tamaqovlar, Xosayevlər.

Silahlıların Sentaroya hücumu

[redaktə | mənbəni redaktə et]

2005-ci ilin may ayında yaraqlılar Sentaroya silahlı hücum etməyə cəhd edirlər[6].

29 avqust 2010-cu ildə kəndə ikinci hücum təşkil edilir.

Adın dəyişdirilməsi

[redaktə | mənbəni redaktə et]

21 may 2019-cu ildə kəndin yerli sakinlərindən ibarət bir yığıncaqda Çeçenistan Respublikasının keşmiş Prezidenti Əhməd Kadırovun şərəfinə qəsəbəni Əhməd-Yurt adlandırmaq qərarına gəlinir[7]. 12 iyul 2019-cu ildə bu qərar Çeçenistan Respublikası Parlamenti tərəfindən dəstəklənir[8]. 27 avqust 2019-cu ildə isə qərar Rusiya Federasiyası Hökumətinin Sərəncamı ilə təsdiq edilir[9].

Milli tərkib

2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə rayonun milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir[10]:

Xalq Say,
nəf.
Ümumi əhaliyə
olan nisbəti, %
çeçenlər 7 092 99,68 %
digərləri 23 0,32 %
ümumi 7 115 100,00 %

Kənddə bir hafiz məktəbi açılmış[11] və Əbdül-Həmid Kadırov adına məscid tikilmişdir[12].

Kənddə Çeçenistan Respublikasının ilk Prezidenti Əhməd Kadırov adına 1 nömrəli orta məktəb fəaliyyət göstərir[13].

Üstəlik 1 nömrəli[14] və 2 nömrəli[15] uşaq bağçası vardır.

  1. 1 2 http://www.gks.ru/free_doc/2016/oktmo/tom4_oktmo.rar.
  2. http://www.skfo.ru/reference/city/Tsentoroy/.
  3. "Численность постоянного населения Российской Федерации по муниципальным образованиям на 1 января 2024 года"..
  4. "Карта Чечни" (rar). не ранее 1995. 2012-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-01-02.
  5. "Краткая историческая справка об административно-территориальном делении Чечено-Ингушетии". 2018-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-02.
  6. Нападение на Центарой: подробности .::. Бабр.ру .::. Новости
  7. "Жители села Центарой согласились назвать его в честь Ахмата Кадырова". РБК. 2019-05-21. 2019-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-22.
  8. "Парламент Чечни согласовал переименование села в честь Ахмата Кадырова - ПОЛИТ.РУ". polit.ru. 2019-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-03.
  9. "Распоряжение правительства РФ от 27.08.2019 г. № 1870-р" (PDF). 2019-09-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-10-13.
  10. "Том 4 книга 1 "Национальный состав и владение языками, гражданство"; таблица 1 "Национальный состав населения Чечни по городским округам, муниципальным районам, городским населённым пунктам, сельским населённым пунктам с численностью населения 3000 человек и более"". 2015-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-01.
  11. "В селе Центарой открылась школа хафизов". 2014-09-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-07-25.
  12. "В селе Хоси-юрт открыта новая мечеть имени Абдул-Хамида Кадырова". 2016-03-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-10-13.
  13. "Парламент Чеченской Республики — В с. Центорой состоялось чтение мовлида в честь Пророка Мухаммада (а.с.с.)".[ölü keçid]
  14. МДОУЧ 'Детский сад 1 с. Центорой' , 2006002689
  15. МДОУЧ 'Детский сад 2 с. Центорой' , 2006002657