Əhməd Əyyub oğlu əl-Hafiz Naxçıvani — Naxçıvan memarlıq məktəbinin görkəmli nümayəndələrindən biri. Bu görkəmli memarın adı hicri 722-ci ildə (miladi 1322-ci il) inşasını başa çatdırdığı Bərdə türbəsinin kitabəsi vasitəsilə elmi dövriyyəyə daxil olmuşdur.
Əhməd Naxçıvani | |
---|---|
Əhməd Əyyub oğlu əl-Hafiz Naxçıvani | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | XIII əsr |
Doğum yeri | Naxçıvan |
Vəfat tarixi | XIV əsr |
Memar portalın kitabəsində özünü "Bənna Əhməd Əyyub oğlu əl-Hafiz Naxçıvaninin əməlidir" fikri ilə tanıtmışdır.[1] Üzərində qalan bəzi kitabə qalıqlarına və bir sıra oxşar cəhətlərinə görə müəyyən olunmuşdur ki, Kəngərli bölgəsinin Qarabağlar kəndində XIV yüzilliyin 30-cu illərində inşa edilmiş türbə də Əhməd Əyyub oğlu əl-Hafiz Naxçıvaninin yaradıcılığının məhsuludur.[2]
İnşa etdiyi abidələrin – Bərdə və Qarabağlar türbələrinin tarixinə əsasən Əhməd Əyyub oğlu əl-Hafiz Naxçıvaninin XIII yüzilliyin son rübü – XIV yüzilliyin I yarısında yaşaması aydın olur.