Əhməd Abasquliyev

Əhməd Abasquliyev (tam adı Əhməd Əlibala oğlu Abasquliyev; 20 aprel 1919, Bakı20 iyun 2008, Bakı) — psixiatriya sahəsində Azərbaycan alimi, tibb elmlər doktoru (1959), professor (1960), Azərbaycan SSR əməkdar elm xadimi (1990).

Əhməd Abasquliyev
Doğum tarixi 20 aprel 1919(1919-04-20)
Doğum yeri
Vəfat tarixi 20 iyun 2008(2008-06-20) (89 yaşında)
Vəfat yeri
Elm sahəsi tibb
Elmi dərəcəsi Tibb elmlər doktor
Elmi adı
Təhsili
Mükafatları II dərəcəli Vətən müharibəsi, Qırımızı Ulduz ordenləri, Azərbaycan Respublikasının “Şöhrət” ordeni (2000) və medallar

Əhməd Abasquliyev 1919-cu il aprel ayının 20-də Bakı şəhərində anadan olmuşdur. Şair Mikayıl Müşfiq Bakı şəhəri 18 saylı orta məktəbdə onun müəllimi olmuşdur.[1] 1941-ci ildə Azərbaycan Dövlət Tibb Universitetini bitirmişdir. Psixiatriya sahəsində doktorluq dissertasiyası müdafiə etmiş və professor adı almış ilk azərbaycanlı alimdir. Əhməd Abasquliyev həmçinin İkinci Dünya müharibəsinin iştirakçısı olmuşdur. 2008-ci ilin iyun ayının 20-də Bakı şəhərində vəfat etmişdir.[2]

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Əhməd Abasquliyev 1960–96-cı illərdə Azərbaycan Tibb Universitetinin psixiatriya kafedrasının müdiri, 1996-cı ildən məsləhətçi professoru işləmişdir. 1961–96-cı illərdə Respublika Səhiyyə Nazirliyinin baş psixiatrı, 1962–80-ci illərdə Azərbaycan Nevropatoloqlar və Psixiatrlar Elmi Cəmiyyətinin sədri, 1980–96-cı illərdə Azərbaycan Psixiatrlar Assosiasiyasının prezidenti, 1996–2008-ci illərdə isə fəxri prezidenti olmuşdur. Onun yaxından iştirakı ilə Azərbaycanın 8 rayon və şəhərində psixonevroloji dispanser və xəstəxanalar təşkil olunmuşdur. Tədqiqatları şizofreniyanın etiologiyasının, patogenezinin, alkoqolizmin tibbi problemlərinin öyrənilməsinə həsr edilmişdir. 150-dən artıq elmi əsərin, o cümlədən 4 monoqrafiyanın müəllifidir. Bir sıra beynəlxalq elmi təsisatlaın üzvü olmuş, konqreslərdə məruzələrlə çıxış etmişdir.[3]

  • O nekotorıx patoqenetiçeskix mexanizmax şizofrenii. M., 1967;
  • İmmunoqenetiçeskie aspektı patoqeneza i polimorfizma şizofrenii (N. V. İsmayılov və başqaları ilə birlikdə). B., 1995.[3]

Ə. Abasquliyev II dərəcəli Vətən müharibəsi, Qırımızı Ulduz ordenləri, Azərbaycan Respublikasının "Şöhrət" ordeni (2000) və medallarla təltif edilmişdir.[2]

  1. Axundzadə, Dilbər. Müşfiqli Günlər (Azərbaycan dili) (Birinci nəşr). Bakı: Xan Nəşriyyatı. 2015. səh 124.
  2. 1 2 "ABBASQULİYEV Əhməd Əlibala oğlu". 2022-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-15.
  3. 1 2 Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 3-cü cild: Babilistan – Bəzirxana (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2011. səh. 8. ISBN 978-9952-441-07-9.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]