Əhməd Hulusi Ardel (türk. Ahmet Ardel ) Cumhuriyyət dövrünün ilk böyük coğrafyaçılarından biri (D.1902-V.1978)
Əhməd Ardel | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | İstanbul |
Vəfat tarixi | |
Milliyyəti | türk |
İxtisası | coğrafiya |
Təhsili | ali |
Fəaliyyəti | coğrafiyaşünas |
Fəaliyyət illəri | 1927-1978 |
Əhməd Hulusi Ardel 1902-ci ildə İstanbulda dünyaya gəlib. Uşaqlıq illəri Üsküdarda keçirmişdir. Orta məktəbi bitirdikdən sonra Universitetə daxil olmuşdur. 1927-ci ildə Ədəbiyyat Fakültəsi, Coğrafiya şöbəsindən məzun olmuşdur. Universitet təhsili əsnasında Ali Macit Arda, Həmid Sədi Selen və İbrahim Hakkı Akyol kimi dövrün hörmətli Türk coğrafyacılarından və Belçikalı Theodore Lefebvre və Fransalı Ernest Chaput kimi dünya şöhrətli coğrafyacılardan dərs almışdır. Məzun olduqdan sonra təhsilini davam etdirmək üçün Fransaya göndərilmiş və Strasburq Universiteti Coğrafiya fakültəsində H. Bauling kimi böyük bir müəllimin yanında təhsilini tamamlamış və 1931-ci ildə bakalavr diplomu almışdır. 1932-ci ildə Türkiyə qayıtmış, Yüksək Müəllim Məktəbində vəzifələndirilmiş və qısa bir müddət orta məktəbdə müəllimlik etmişdir. 1933-cü ildə Ədəbiyyat Fakültəsi Coğrafiya bölümünə dosent olaraq təyin edilmişdir. O tarixdən etibarən Umumi Coğrafiya kafedrasını idarə etməyə başlayan Ardel, 1942-ci ildə professor vəzifəsinə, 1958-ci ildə Ordinarius professor vəzifəsinə yüksəldilmişdir. 1973-cü ildə təqaüdə çıxmışdır. Əhməd Ardel fransız və alman dillərini bilirdi. Buna görə də, tədqiqatlarında təkcə Fransız ədəbiyyatından faydalanmamış, eyni zamanda Alman mənbələrindən də istifadə etmişdi. Əhməd Hulusi Ardel 13 oktyabr 1978-ci ildə vəfat etmişdir.[1]
Ardel rəhbərlik etdiyi məktəbin ehtiyacına əsasən, ümumi coğrafiya mövzusunu əhatə edən müasir dərsliklər hazırlamağa və bu sahədə boşluğu doldurmağa çalışırdı. Bu kolleksiyanın ilk dərsliyi 1940-cı ildə nəşr olunmuş və Ümumi Coğrafiya adlanırdı. Kitab Türkiyədəki iqlimşünaslıq üzrə ilk universitet kursu kitabıdır və Türkiyənin iqlim məsələlərini də əhatə edir.
Əhməd Hulusi Ardel'in elmi araşdırmalarının məhsulu olan məqalələri, geomorfologiyadan Ümumi ölkələr coğrafiyasına qədər bir çox mövzunu əhatə edir. Ancaq onların işlərinin çoxu geomorfologiya sahəsindədir. Bu, onun şəxsi meylindən, həm də təhsil aldığı yerli və xarici müəllimlərin təsirlərindən, təbiəti sevən bir insan olmasından irəli gəlirdi. Ardel geomorfologiya sahəsində müxtəlif mövzulara, xüsusilə hövzələrin formalaşması və geomorfoloji təkamülə xüsusi diqqət yetirmişdir. İşləri və nəşrləri içində sənaye coğrafiyası və coğrafiyanın metodologiyasını əhatə edən çox müxtəlif mövzuların tədqiq olunduğu elmi məqalələri vardır. Məsələn Cumhuriyyət Dövründə Sənaye (1944) adlı tədqiqatı Türkiyə Cumhuriyyətinin 11-ci ilində Türk sənayesinin müxtəlif sahələrdəki vəziyyəti və həyata keçirilən tədbirləri ortaya qoyan qiymətli bir sənəddir.[1]