Əhməd Bərzani

Əhməd Məhəmməd Bərzani (kürd. Ehmed Mihemed Barzanî/ئه‌حمه‌د محه‌ممه‌د بارزانی ) və ya Xudan (kürd. Xodan/خودان; 1896, Bərzan[d], İraq Kürdüstanı11 yanvar 1969, Bağdad) — kürd siyasətçi, Bərzani tayfasının başçısı. Şeyx Əhməd İraq Kürdüstanında Bərzani hakimiyyətinin memarı hesab olunur. O, bir çox müxtəlif kürd tayfalarını öz tabeçiliyinə gətirən və Bərzan bölgəsini genişləndirən kürd milliyyətçisi idi. O, kiçik qardaşı Mustafa Bərzani ilə birlikdə 1920–1930-cu illərdə İraq hökumətinə qarşı vuruşmuşdur.

Əhməd Bərzani
Şəxsi məlumatlar
Doğum tarixi 1896
Doğum yeri
Vəfat tarixi 11 yanvar 1969(1969-01-11)
Vəfat yeri
Partiya
Fəaliyyəti siyasətçi

Bərzani eyni ailə daxilində liderliyin davam etdirilməsinin ənənəvi üsulunu rədd etmişdir. O, vurğulamışdı ki, kim rəhbərlik edirsə, belə bir işə uyğun olmalıdır. O, kürd hərəkatında müşahidə olunan korrupsiyanı pisləmiş və hərəkatın uğursuzluqlarının qurbanı olan məzlum kütlələrə məhəl qoymamağı çox tənqid etmişdir.[1] Bərzani həmçinin, nikahın könüllü olmasının vacibliyini vurğulamışdır. Ona görə, belə azadlıq əsas vətəndaş hüququdur.[2]

Bərzani ilk tanınmış kürd envayromentalist lider idi. O, təmiz və davamlı ətraf mühiti qorumaq üçün qaydaları tətbiq etmişdir. O, başqa şeylər arasında qadağan etmişdir:

  • Xüsusilə kölgə verən və eroziyanın qarşısını alan ağacların kəsilməsi.
  • Həddindən artıq bal yığımı.
  • Zəhərli olmayan ilanların öldürülməsi.
  • Dinamit və digər partlayıcı maddələrlə balıq ovu.
  • Çoxalma mövsümündə ov.[1]
  1. 1 2 "Archived copy". 5 December 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 5 December 2008.
  2. Mohammadi, Mazhar. "The Assassination of the Spiritual Guide: Introduction". Kurdish Aspect. 13 July 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 June 2011.