Əhməd Biyeşev

Əhməd Biyeşev (başq. Бейешев Әхмәт (Әхмәҙулла) Әлмөхәммәт улы; 24 fevral 189627 sentyabr 1937, Moskva) — dövlət və ictimai xadim, Başqırd milli hərəkatının iştirakçısı və ideoloqu, Başqırd ordusunun təşkilatçılarından biri, Komunist Partiyası Başqırd vilayət komitəsinin siyasi katibi, Başqırd Muxtar Sovet Sosialist Respublikası Xalq Komissarları Sovetinin sədri (1920–1921).

Əhməd Biyeşev
başq. Әхмәт Әлмөхәммәт улы Бейешев
Doğum tarixi 24 fevral 1896(1896-02-24)
Vəfat tarixi 27 sentyabr 1937(1937-09-27) (41 yaşında)
Vəfat yeri
Fəaliyyəti siyasətçi
Partiyası

Əhməd (Əhmədulla) Biyeşev Almuxametoviç Orenburq quberniyasının Orsk rayonunun 5-ci Userqan volostunun İdelbaevo kəndində (indiki Orenburq vilayətinin Mednogorsk şəhərinin şəhər dairəsi) anadan olmuşdur[1].

Orenburq şəhərində müəllimlər seminariyasını bitirmişdir. Fevral İnqilabından sonra bir süvari alayının komandiri olaraq (1919-cu ilin fevralına qədər) Başqırd ordusunun sıralarına qatılır və bu orduda Hərbi Sahə Məhkəməsinin üzvü olur. Başqırd ordusunun Sovet hakimiyyəti tərəfinə keçməsindən sonra Başqırd Fövqəladə Komissiyası sədri, daha sonra Başqırd hökumətinin Sosial Təminat və Əmək narkomu olur.

1920-ci ildən Başqırd Muxtar Sovet Sosialist Respublikası Xalq Komissarları Sovetinin sədri, 1921-ci ildən Kommunist Partiyası Başqırd Vilayət Komitəsinin katibi. Daha sonra həmkarlar ittifaqları və iqtisadi vəzifələrdə çalışır. Əhməd Biyeşev Başqırdıstanın muxtariyyətini, siyasi və iqtisadi maraqlarını və başqırd xalqının mədəniyyətini müdafiə edir. Başqırdların partiya və sovet işinə qaldırılması üçün mübarizə aparır. Bu fəaliyyətinə görə millətçilik və avantürizmdə ittiham edilir[2].

1926-cı ildə Sovet İttifaqı Kommunist Partiyası İcraiyyə Komitəsi sərəncamında Moskvaya çağrılır. Ümumrusiya Sənaye Əməkdaşlıq Şurasında baş məsləhətçi vəzifəsində çalışır[3]. Moskvada Pokrovskiye Vorota küçəsində, bina 4/15, ev 3-də yaşamışdır.

20 iyun 1937-ci ildə Sovet İttifaqına qarşı başqırd millətçi təşkilatında iştirak ittihamı ilə həbs olunur. 27 sentyabr 1937-ci ildə gülələnir.

Dəfn yeri — Moskva, Donskoe qəbiristanlığı. 1957-ci ildə bəraət alır.

  1. "Биишев Ахмед (Ахмедулла) Альмухаметович". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-27.
  2. Статья в Башкортостан: краткая энциклопедия [ölü keçid]
  3. "Биишев Ахмед Альмухаметович". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-27.