Əhməd Mədəni Qüdsizadə Abdullah oğlu (1890-cı il, 1940-cı il 24 yanvar) — türkman mətbuatının görkəmli nümayəndəsi.
Əhməd Mədəni Qüdsizadə | |
---|---|
Doğum tarixi | |
Vəfat tarixi | |
Vətəndaşlığı | İraq |
Atası | Abdullah Qüdsizadə |
Milliyyəti | İraqlı |
Əhməd Mədəni Qüdsizadə 1890-cı ildə anadan olub. İlk türkman qəzeti olan "Havadis" qəzetinin əsasını 1911-ci il 24 fevralda qardaşı Məhəmməd Zəki Qüdsizadə ilə İraqda qoyub. Əhməd Mədəni Qüdsizadə şair Abdullah Qüdsizadənin oğludur. Əhməd Mədəni 48 yaşı tamam olduqdan sonra 1940-cı il 24 yanvarda vəfat etmişdir. Kərkükün Musalla bölgəsində yerləşən böyük türbəli Cümcümə məzarlığı yaxınlığında dəfn edilmişdir.
Əhməd Mədəni Qüdsizadə 1909-cu ildə 17-18 yaşlarında olarkən Bağdadda türkman və ərəb dillərində nəşr olunmuş "Əl Zuhur"un türkman dilində olan bölməsinə məqalələr yazmağa başlamışdır. Mosulda çap edilmiş "Neynəva" və 1910-cu ildə "Nəcah"da yazılar dərc etdirmişdi. O, bəzi məqalələrinə görə 1912-ci ilin aprel ayında Bağdadda aparılmış mühakimədə bəraət qazanmışdır. Əhməd Mədəni 1911-ci il fevralın 24-də qardaşı Məhəmməd Zəki ilə Kərkük şəhərində ilk dəfə "Havadis" adlı türkcə siyasi qəzet çıxarmağa və şəxsi təşəbbüsü ilə eyni adda mətbəə yaratmağa müvəffəq olmuşdur. Qəzetin 29 sayını jelatin çap üsulu ilə dərc etmişdilər. "Havadis" siyasi və ədəbi qəzet olaraq bir sıra hallarda şəkilli də çap edilmişdib. "İrəli" qəzetinin 1930-cu il 4 apreldə 4-cü sayında çap edilmiş məqaləsində "Havadis" qəzetinin İraqda çap edilmiş ilk şəkilli qəzet olması qeyd edilmişdi. Əhməd Mədəni Qüdsizadə 1920-ci il 20 noyabrda ilk sayı yayımlanmış türkcə "Təcəddüd" qəzetinin təsisçisi olmuş, ancaq istənilən milli qayəni reallaşdıra bilməyəcəyini anlayaraq qəzetdən uzaqlaşmışdı. 1924-cü ildə Kərkükə tabe olan Kifri nahiyəsində ibtidai sinif müəllimi kimi çalışmışdır.
Əhməd Mədəni Qüdsizadənin məşhur "Məqaləti mədəniyyə" və "Vətən üçün fəryadım" adlı çap əsərləri də işiq üzü görmüşdür. "Məqaləti mədəniyyə" əsəri Bağdadda "Ədəb" mətbəəsində çap edilmişdir.[1]