Məhəmməd Mehdi Əl Cəvahiri

Məhəmməd Mehdi Əl Cəvahiri (1899, Nəcəf – 27 iyul 1997) — İraq Ədəbiyyatçılar Birliyinin ilk rəhbəri və Jurnalistlərin Həmkarlar İttifaqının ilk sədri.

Məhəmməd Mehdi Əl Cəvahiri
Məhəmməd Mehdi Əl Cəvahiri
Doğum tarixi
Doğum yeri Nəcəf, İraq
Vəfat tarixi
Vətəndaşlığı İraq İraq
Milliyyəti İraqlı

Həyatı[redaktə | mənbəni redaktə et]

Məhəmməd Mehdi Əl Cəvahiri Nəcəf şəhərində 1899-cu ildə anadan olub. Oxuma və yazmağı Nəcəf kitabxanasında öyrənmiş və Krallıqda təşrifat nümayəndəsi təyin edilmişdir. Daha sonra orta məktəblərdə pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Krallıqdakı rəsmi işindən qəzet çap etməyə başlayandan sonra istefa etmişdir. 1997-ci il 27 iyulda vəfat edib.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

1930-cu ildə "Fərat", 1939-cu ildə "İnqilab", 1939-cu ildə "Ray Əl Am", Səbat", "Cihad" adlı qəzetləri nəşr etdirirdi. Eyni zamanda "Səbat", "Cihad" kimi nəşrlərin təsisçisi idi. İlk şeiri 1921-ci ildə çap olunmuşdur. İlk "Fərat" qəzetini çap etdirmişdi. 20 sayı işıq üzü gördükdən sonra qəzet ləğv edildi. Təhsil sahəsində işləmək üçün 1927-ci ildə Nəcəfdən Bağdada köçmüşdür. 1935-ci ildə "Divan Əl Cəvahiri" adlı ikinci divanını yazmışdır. 1947-ci ildə Kərbəladan millət vəkili seçilmiş, daha sonra İraq Ədəbiyyatçılar Birliyinin ilk rəhbəri və Jurnalistlərin Həmkarlar İttifaqının ilk sədri olmuşdur.[1]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Dr. Şəmsəddin KUZƏÇİ. İRAQ MƏTBUAT TARİXİ (1869-2019). Bakı: “CBS”. səh. 53. ISBN 978-9952-516-66-1.