Təcəddüd

"Təcəddüd" (az.-əski. تجدد‎, hərfi mənası: "Yeniləşmə") — Cənubi Azərbaycanda Azərbaycanfars dillərində dərc olunmuş ən mühüm qəzetlərdən biri.[1]

Təcəddüd
az.-əski. تجدد
Təsisçi Şeyx Məhəmməd Xiyabani
Yaranma tarixi 9 aprel 1917
Dil Azərbaycanfars dilləri
Ünvan Təbriz
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qəzet 1917-ci ildə Əbülqasim FüyuzatŞeyx Məhəmməd Xiyabaninin rəhbərliyi ilə nəşrə başlamışdır. Həmin il aprelin 9-da "Təcəddüd" qəzetinin ilk sayı nəşr edilmişdir. Qısa fasilələrlə 1921-ci ilə qədər çap olunmuşdur.[1]

İranda yeni şeirin təməli "Təcəddüd" qəzetinin ətrafına toplaşan Tağı Rüfət, Cəfər Xamneyi, Şəms Kəsmai kimi Cənubi Azərbaycan şairləri tərəfindən qoyulmuşdur. Bununla da ədəbiyyatın həm forma, həm də məzmununda "təcəddüd" – "yeniləşmə" yaranmış, sərbəst şerin əsası qoyulmuşdur ki, bu da "Təcəddüd" ədəbiyyatı adlanır.

"Təcəddüd" tək Cənubi Azərbaycanda deyil, hətta bütün Qacar İranında ictimai və ədəbi fikirdə yenilik yaratmışdır.[2]

Qəzetin təsisçisi Şeyx Məhəmməd Xiyabani

Şeyx Məhəmməd Xiyabani redaktoru olduğu "Təcəddüd" qəzetindəki yazılarında Azərbaycan xalqının hüquqlarını göstərir, onun istiqlaliyyət məsələsinə toxunurdu.[2] 1917-ci il aprelin 30-da Xiyabaninin bu qəzetdə "Həqiqət nur saçacaqdır" başlığı ilə ilk məqaləsi çıxmışdır. Orada o, deyirdi:

"Artıq məşrutə qanunlarını icra etmək vaxtı gəlib çatmışdır. Həqiqəti açıq demək lazımdı".[3]

Ş.M.Xiyabani 2-ci məqaləsində də belə deyilirdi:

"Dünyada ən mürtəce və totalitar dövlət olan Çar Rusiyası artıq dağılmışdır. İndi İran xalqları qanı hesabına alınmış məşrutə qanununu qoruyub icra etməlidir".

1920-ci ildə Şeyx Məhəmməd Xiyabani qəzetin 24-cü sayındakı "Azərbaycan" başlıqlı məqaləsində Azərbaycan xalqının tarixi qəhrəmanlıqlarını xatırladaraq oxucularında vətənsevərlik duyğularını oyatmaqla onları istiqlal mücadiləsinə səsləyirdi:

"Ey Azərbaycan, ey demokratik Azərbaycan, başını qaldır!.. Zülm, işgəncə, əzab, müsibət, dar ağacları, zəncir və zindanlar möhkəm olsa da, sənin istiqamət və mətanətinin qarşısında bir-bir əzilib məhv oldu...

...Ey əziz Azərbaycan, sən bir iti gözsən ki, İran səninlə Qərb mədəniyyətinə baxır. Sən bir həssas və mütəəssir olan ürəksən ki, bu vətən dünya işığını səninlə hiss edir..."[2]

  1. 1 2 Vahid Ömərov. "XIX əsrin sonu, XX əsrin əvvəllərində Cənubi Azərbaycanda mədəniyyətin inkişaf xüsusiyyətləri". sia.az. 2017-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-10-29.
  2. 1 2 3 Ülviyyə Tahirqızı. Güney Azərbaycan mətbuatı Arxivləşdirilib 2022-04-04 at the Wayback Machine. anl.az, 15.05.2014, "Xalq cəbhəsi" qəzeti, səh. 11  (az.)
  3. Şeyx Məhəmməd Xiyabani. "Həqiqət nur saçacaqdır" məqaləsi, "Təcəddüd" qəzeti. 30.04.1917  (az.)