Əhməd Məsud

Əhməd Məsud (dəri احمد مسعود) — Tacik əsilli Əfqanıstan siyasətçisi, SSRİ qoşunları, sonra isə Talibanla uğurlu mübarizəsi ilə tanınan səhra komandiri Əhməd Şah Məsudun oğlu və varisi.

Əhməd Məsud
dəri احمد مسعود
Doğum tarixi
Doğum yeri Piyu, Təxar vilayəti, Əfqanıstan Demokratik Respublikası
Vətəndaşlığı Əfqanıstan Əfqanıstan
Atası Əhməd Şah Məsud
Milliyyəti tacik
Dini islam
Təhsili London Kral Kolleci
London Şəhər Universiteti
Fəaliyyəti siyasətçi
Fəaliyyət illəri 2021-ci ildən
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əhməd Məsud 1989-cu ildə Əfqanıstanın şimal-şərqindəki Təxar vilayətinin Piyu şəhərində tacik ailəsində anadan olmuşdur.[1]

İranda orta məktəbi bitirdikdən sonra Məsud bir il Sandhurstdakı Kral Hərbi Akademiyasında hərbi kurslarda təhsil alıb.[2]. O, 2012-2015-ci illərdə London Kral Kollecində Hərbi Araşdırmalar Bölməsində təhsilini davam etdirib. 2016-cı ildə London Şəhər Universitetində Beynəlxalq Siyasət üzrə magistr dərəcəsi alıb.[3][4][5].

2016-cı ildə Məsud Əfqanıstana qayıtmış və "Məsud Fondu"nun baş direktoru təyin edilmişdir.[6][7] 2019-cu ilin mart ayından etibarən Məsud rəsmi olaraq siyasətlə məşğul olmağa başlamışdır.[8][9][10][11].

Atasının Əfqanıstanda daxili hakimiyyət münasibətlərinin İsveçrə modeli ideyasını dəstəkləyərək, mərkəzsizləşdirilmiş hökumətin resurslarının və səlahiyyətlərin daha səmərəli bölgüsünə gətirib çıxaracağını və bununla da ölkəyə rifah və sabitliyin gətirəcəyini əminliklə bildirmişdir.[12][13][14]

2021-ci ildə, Taliban tərəfindən hərbi uğurlar fonunda Məsud, Əfqanıstanın şimalında, Taliban əleyhinə olan etnik könüllülərin koalisiyası olan Pəncşir Müqavimətini qurdu.[15][16] Kabilin süqutundan sonra, Birinci vitse-prezident Əmrulla Salehlə müttəfiq olaraq Taliban rejiminə müqavimət göstərmək qərarı verdi.

  1. Pariani, Nazari. "روایتِ احمد مسعود از احمدشاه مسعود". Mandegar Daily (Persian). September 10, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 25, 2021.
  2. "Son of slain Afghan resistance hero Ahmad Shah Massoud enters political fray". 6 September 2019. 25 August 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 August 2021.
  3. "Son of famed Afghan commander Massoud steps into spotlight". The Straits Times. August 28, 2019. August 19, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 24, 2021.
  4. Anne Chaon. "Lion of Panjshir's son ready to take up his Afghan destiny". Yahoo.com. 2016-09-01. 2021-08-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-28.
  5. AFP. "Lion of Panjshir: Ahmad Shah Masood's son ready to take up his Afghan destiny - The Express Tribune". Tribune.com.pk. 2016-09-01. 2021-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-28.
  6. "My father was the first to negotiate with the Taliban". My father was the first to negotiate with the Taliban. 2021-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-24.
  7. Malejacq, Romain. Warlord Survival: The Delusion of State Building in Afghanistan. Cornell University Press. January 15, 2020. ISBN 9781501746437. August 17, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 24, 2021 – Google Books vasitəsilə.
  8. "Heir to Lion of Panjshir returns to reunite his father's followers". 2021-09-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-24.
  9. Meuse, Alison Tahmizian. "Afghanistan: Ahmad Massoud seizes father's torch". Asia Times. September 5, 2019. August 22, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 24, 2021.
  10. "Taliban seeks to share power in Afghanistan's government, but will ethnic groups approve?". PBS NewsHour. December 14, 2019. August 19, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 24, 2021.
  11. Glasse, Jennifer. "Son of famed Afghan resistance fighter launches new political movement". CBC. September 11, 2019. August 17, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 24, 2021.
  12. "Ahmad Massoud: Decentralization is the Solution". 3 July 2020. 17 August 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 August 2021.
  13. "What Is Missing From Afghan Peace Talks". 2021-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-24.
  14. "Son of slain Afghan commander Massoud warns of 'civil war' if US troops leave hastily". 2021-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-24.
  15. Zucchino, David. "Attacked and Vulnerable, Some Afghans Are Forming Their Own Armies". The New York Times. June 24, 2021. 2021-09-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-17.
  16. Behzan, Frud. "Afghanistan's Anti-Taliban Stronghold Gears Up For New Fight Against Militants". Radio Free Europe/Radio Liberty (ingilis). 2021-08-12. 2021-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-17.