5 iyun — 5 iyul 1979-cu il ümumölkə əhali siyahıyaalınmasına əsasən Əfqanıstan əhalisi 15.6 milyon[10] nəfər olmuş, onun 3.5 milyon[11] nəfərini taciklər təşkil etmişdir.
MKİ-nin 2012-ci ilin iyul ayına olan məlumatına əsasən 30.419.928 nəfərlik Əfqanıstan əhalisinin 27 %-i, yəni təxminən 8.213 milyon nəfəri etnik taciklərdən ibarətdir.[12]Britannika Ensiklopediyasına əsasən taciklər Əfqanıstan əhalisinin 20 %-ni təşkil edirlər.[13]Əfqanıstan İslam Respublikasının Mərkəzi Statistika Təşkilatının məlumatlarına əsasən 2012-ci ilin əvvəlinə ölkə əhalisinin cəmi sayının 25.500.100 nəfər olduğu ehtimal edilir.[14]MKİ-nin və Britannika Ensiklopediyasının Əfqanıstanda taciklərin ümumi əhali içərisindəki nisbətinə dair verdiyi məlumatlar və Əfqanıstan İslam Respublikasının Mərkəzi Statistika Təşkilatının 2012-ci ilin əvvəlinə olan Əfqanıstanın ümumi əhalisi haqqında verdiyi məlumatlar nəzərə alınarsa, bu ölkədə ən az 5.1 milyon nəfər, ən çoxu isə 6.885 milyon nəfər tacik yaşadığı ehtimal olunur.
21–30 sentyabr 2010-cu il ümumtacikistan əhali siyahıyaalınmasına əsasən 7.564.502 nəfər olan ölkə əhalisinin 6.373.834 nəfəri və ya 84,26 %-i etnik taciklərdən ibarətdir.[15] Tacikistan Respublikasının Prezidenti yanında Tacikistan Statistika Agentliyinin təqdim etdiyi rəsmi məlumatlara əsasən Tacikistan əhalisi 1 yanvar 2012-ci il tarixinə 7.800.500[16], 5 fevral 2013-cü il tarixinə isə 8 milyon nəfərdir.[17] Taciklərin Tacikistan əhalisi içərisindəki 2010-ci il siyahıyaalınması zamanı müəyyən edilmiş nisbəti əsas götürülərsə 2013-cü ilin fevral ayına Tacikistanda 6.74 milyon tacik yaşamaqdadır.
"Açıq cəmiyyət" İnstitutuArxivləşdirilib 2013-02-22 at the Wayback Machine nun (ing.Open Society Foundations) maliyyə dəstəyi ilə hazırlanmış və 2002-ci ildə çap olunmuş, 2000-ci ilə aid məlumatları əks etdirən 452 səhifəlik "Özbəkistanın etnik atlası" kitabının Taciklər kiçik başlığında (səhifə 195–202) verilən məlumata əsasən 24.430.192 nəfərlik Özbəkistan əhalisinin 1.165.713 nəfəri və ya 4,77 %-i taciklərdən ibarətdir. 1 yanvar 2013-ci il tarixinə olan rəsmi məlumata əsasən Özbəkistan Respublikasının əhalisi 29994.6 min nəfər olmuşdur.[18][19] Əgər taciklərin ümumi ölkə əhalisi içərisindəki nisbəti 2000-ci ildəki vəziyyətinə uyğun qəbul edilərsə 2013-cü ilin əvvəlinə Özbəkistanda təxminən 1.431 milyon tacik əsilli əhali yaşamaqdadır.
Almaniya Federativ Respublikası İqtisadi əməkdaşlıq və İnkişaf Nazirliyinin (alm.Bundesministerium für wirtschaftliche Zusammenarbeit und Entwicklung) 2005-ci ilin əvvəlinə olan məlumatlarına əsasən AFR-da təxminən 100 min nəfər Əfqanıstan kökənli əhali yaşayır. Onlar Əfqanıstan və AFR vətəndaşlarıdır. Almaniya Federal Statistika Ofisinin (alm.Statistisches Bundesamt, qısa: alm.Destatis) 31 dekabr 2004-cü il tarixinə olan məlumatlara əsasən AFR-də yaşayan Əfqanıstan vətəndaşlarının sayı 57.933 nəfərdir (31.321 nəfəri kişilər, 26.612 nəfəri qadınlar).[23] Onlardan 7.476 nəfəri AFR-də, 50.457 nəfəri isə digər ölkələrdə doğulmuşdur.[23]
↑Country Factfiles. — Afghanistan, page 153. // Atlas. Fourth Edition. Editors: Ben Hoare, Margaret Parrish. Publisher: Jonathan Metcalf. First published in Great Britain in 2001 by Dorling Kindersley Limited. London: Dorling Kindersley, 2010, 432 pages. ISBN 9781405350396 "Population: 28.1 million
Religions: Sunni Muslim 84%, Shi'a Muslim 15%, other 1%
Ethnic Mix: Pashtun 38%, Tajik 25%, Hazara 19%, Uzbek, Turkmen, other 18%"
↑Özbekistan devletinin 1989 yılındaki verilerine göre Özbekistan nüfusunun [1]Arxivləşdirilib 2010-03-16 at the Wayback Machine 4,7%-ni taciklər təşkil edir və 2016-cı ildə Özbəkistan əhalisi [2]Arxivləşdirilib 2016-12-30 at the Wayback Machine 31,977,000 nəfərdir. Bu məlumatlara görə Özbəkistanda təxminən 1 milyon 502 min 919 tacik yaşayır.
↑This figure only includes Tajiks from Afghanistan. The population of people with descent from Afghanistan in Canada is 48,090 according to Canada's 2006 Census.. Tajiks make up an estimated 33% of the population of Afghanistan. The Tajik population in Canada is estimated form these two figures. Ethnic origins, 2006 counts, for CanadaArxivləşdirilib 2013-07-23 at the Wayback Machine.