Əhməd Qəmərlinski və ya Əhməd Qəmərli (doğum adı: Əhməd Haşım oğlu Məlikov; 9 may 1880, Bakı – 9 mart 1952, Bakı) — aktyor, Bakı kinostudiyasının artisti, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1940).
Əhməd Qəmərlinski | |
---|---|
Doğum adı | Əhməd Məlikov |
Digər adı | Əhməd Qəmərli |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | (71 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Fəaliyyəti | aktyor |
Mükafatları |
Əhməd Haşım oğlu Qəmərlinski (Məlikov) 1880-ci ildə Bakıda anadan olmuşdur. İçərişəhərdə boya-başa çatan Əhməd Məlikov Sultanməcid Qənizadənin məktəbində təhsil almışdır. Səhnəyə ilk dəfə 1906-cı ildə Balaxanıda həvəskar aktyorların hazırladığı "Adı var, özü yox" (N.B.Vəzirov) tamaşasında çıxmış, həmçinin xalq mərasim, oyun və əyləncələrində fəal iştirak etmişdir. Sonralar "Nicat" cəmiyyətinin nəzdindəki teatr truppasının aktyoru kimi milli teatrın inkişafında xüssi xidmətləri olmuşdur. 1908-ci ildən etibarən Azərbaycanın bir sıra kənd və rayonlarını gəzib, ən ucqar guşələrdə aktyor dostları ilə birlikdə çıxışlar etmişdir. O,Azərbaycan Xalq Cumhuriyyəti dövründə təşkil olunmuş (1919-cu il, 17 noyabr)Dövlət türk opera dram teatrında işləmişdir. 1924-cü ildən Bakı Azad Tənqid Təbliğ Teatrının aktyoru və rejissoru olmuşdur. Əhməd Qəmərlinskinin ifa etdiyi əsas rollar: Mirzə Fətəli Axundovun komediyalarında Bayram ("Xırs quldurbasan"), Mirzə Həbib ("Lənkəran xanının vəziri"), Əbdürrəhim bəy Haqverdiyevin faciə və dramlarında Əcinnə, Təlxək, İblis və Əmrah ("Pəri Cadu"), Hacı Səməd ağa və Mirzə Qoşunəli ("Bəxtsiz cavan"), Süleyman ("Ac həriflər"), həmçinin Namiq paşa və Şükrü paşa, İzzət paşa ("Ədirnə fəthi" və "Trablis müharibəsi", Cəfər Cabbarlı), Gürcü bəy və Mirzə Mehdi xan ("Nadir şah Əfşar", Nəriman Nərimanov), Dursunəli ("Dursunəli və ballıbadı", Sultan Məcid Qənizadə), Rüstəm bəy ("Məşədi İbad", Üzeyir bəy Hacıbəyli), Yəzdcürd ("Şəd ibn Vəqqas", Muxtar Axundzadə), Romas ("Xalid ibn Valid", Yusif Talıbzadə), İbn Ziyad, Sədr Əzəm ("Yezid ibn Müaviyə" və "Sultan Əbdüləzizin xəli", Mehdi bəy Hacınski), Hacı Fərəc ("Dövləti-bisəmər", İsmayıl bəy Rüstəmbəyov), Brabansio və Kassio ("Otello", Uilyam Şekspir), Amul bəy ("Şeyx Şamil", Rudolf Botşald), Zöhhak ("Dəmirçi Gavə", Şəmsəddin Sami), Molla Hüseyn ("Qəzavat", Sergey Lanskoy), Şeyxülislam və Sidqi bəy ("Vətən", Namiq Kamal), Şpigelberq ("Qaçaqlar", Fridrix Şiller), Əli ("Əl Mənsur", Henrix Heyne), Kərim və Məmməd ("Zorən təbib", Jan Batist Molyer), Lazer Frankel ("Yəhudilər", Yevgeni Çirkov). 1938-1939-cu illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışıb. Burada Rüstəm bəy, Kəblə Qubad ("Məşədi İbad" və "Ər və arvad", Üzeyir Hacıbəyov), Səməd bəy ("Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundov və Niyazi) rollarını oynayıb.Hüseyn Ərəblinski Qəmərli kəndindən qastroldan qayıdarkən dostuna Qəmərlinski təxəllüsünü təklif etmiş və Əhməd həyatının sonunadək bu familiyanı daşımışdır. Əhməd Qəmərlinski ədəbi yaradıcılıqla da məşğul olmuş, tarixi və müasir mövzuda yazdığı 12 əsərinin, demək olar ki, hamısı 1910–1920-ci illərdə H.Ərəblinski, S. Ruhulla və başqa görkəmli sənətkarlar tərəfindən tamaşaya qoyulmuşdur. Bunlardan "Cavanlar", "Tufan Kərbəla", "Rüstəm və Söhrab", "Məkri-zənən", 1920–1945-ci illərdə yazılmış "Eşq-məhəbbət", "Məktəb vodevili", "Ziyarət nəticəsi", "Maymaq" və s. kiçik həcmli pyeslərdə Əhməd Qəmərlinski ictimai həyatda baş verən mühüm problemlərə toxunmuşdur. Əməkdar incəsənət xadimi (27 aprel 1940) fəxri adına layiq görülmüşdür.
Əhməd Qəmərlinski 9 mart 1952-ci ildə vəfat etmişdir.