İsmət və ya digər adı Adətin məhvi[1] — 1934-cü ildə istehsal olunmuş Azərbaycan filmi.[2] Bu film Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Azərbaycan Respublikasında dövlət varidatı elan edilən filmlərin siyahısına daxil edilmişdir[3].
İsmət | |
---|---|
| |
Janr | dram |
Rejissor | Mikayıl Mikayılov |
Ssenari müəllifləri |
Mikayıl Mikayılov Qriqori Braginski |
Baş rollarda |
Juka Mixelson İ.Daşdəmirov Xeyri Əmirzadə Əzizə Məmmədova Möhsün Sənani |
Operator | Fyodor Novitski |
Rəssam | Viktor Aden |
İstehsalçı | Azdövlətkinosənaye |
İlk baxış tarixi | 25 may 1934 |
Filmin digər adı | Adətin məhvi |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 76,5 dəq. |
Ölkə | SSRİ |
Dil | səssiz (titrlər ruscadır) |
İl | 1934 |
Texniki məlumatlar |
6 hissə 2158,4 metr |
Rəng | ağ-qara |
Çəkiliş yeri | Bakı |
IMDb | ID6679578 |
Kino əsərinin əsasını təyyarəçi qadının həyatı[4] və 1933-cü ildə doğmaları tərəfindən vəhşicəsinə qətlə yetirilmiş Səriyyə Xəlilovanın dramatik taleyi təşkil edir.
Köhnə adətlərdən irəli gələn bir çox maneələri aşaraq, filmin qəhrəmanı ilk azərbaycanlı təyyarəçi qadın olur.
"İsmət" filmin süjeti belədir: İsmətin çalışdığı toxuculuq müəssisəsindən bir qrup işçi onlara qəyyumluq edən təyyarəçilərə qonaq olur. Təyyarəçilər qonaqlardan bir neçəsini təyyarə ilə gəzdirmək qərarına gəlirlər. Təşəbbüsə qoşulan İsmətin təyyarədə külək çadrasını aparır.[1]
Film ilk Azərbaycanlı qadın təyyarəçi Leyla Məmmədbəyovaya ithaf olunmuşdur.[5][6]
Əli Bayramov klubunun üzvü, qadınlar arasında fəal iş aparan Səriyyə Xəlilova 1933-cü ildə qardaşı və atası tərəfindən vəhşicəsinə qətlə yetirilmişdir. İsmət Səriyyənin prototipidir.
Filmdə dekorasiyalardan geniş istifadə olunub. Çəkiliş vaxtı 27 dekorasiya qurulub.