Əhməd Vəhbi Qoç

Vəhbi Qoç (türk. Vehbi Koç; 20 iyul 1901, Ankara, Ankara vilayəti25 fevral 1996, Antalya) — Türkiyənin məşhur "Qoç Şirkətlər Qrupu"nun yaradıcısı.

Vəhbi Qoç
türk. Vehbi Koç
Doğum tarixi 20 iyul 1901(1901-07-20)
Doğum yeri
Vəfat tarixi 25 fevral 1996(1996-02-25) (94 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ürək tutması
Dəfn yeri
Fəaliyyəti sahibkar, xeyriyyəçi, iş adamı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

20 iyul 1901-ci ildə Ankarada anadan olan Əhməd Vəhbi Qoç biznes fəaliyyətinə 16 yaşında ikən 1917-ci ildə atasının məsləhəti ilə Ankarada kiçik baqqal dükanını açmaqla başlamışdır.

Hazırkı "Qoç" Şirkətər Qrupunun yaradılmasında ilk addım sayılan bu kiçik biznes Birinci Dünya müharibəsi və onun ardınca Türkiyədə Müstəqillik uğrunda müharibə dövründə elə də çox genişlənmədi, yalnız respublika yaradıldıqdan sonra tədricən böyüməyə başladı.

1923-cü ildə Ankara gənc respublikanın paytaxtı elan ediləndə inşaatçılıq fəaliyyəti bu kiçik şəhərdə tam miqyasda vüsət aldı və Vəhbi Qoç biznesini tikinti materialları və metal avadanlıqlarının təchizatı ilə genişləndirmək qərarına gəldi.

Biznes fəaliyyətinə başladığı kiçik baqqal dükanı Qoçun atasına məxsus idi. O, 31 may 1926-cı ildə Ankaranın Ticarət Palatasında şirkəti Qoçzadə Əhməd Vəhbi olaraq öz adına sənədləşdirir və onun sahibinə çevrilir. Qoç qurumunun yaradılması məhz həmin gün simvollaşdırılır və Qrupun rəsmi yaradılma günü kimi qəbul edilir. Həmin illərdə Türkiyədə biznesin inkişafına ümidlər az idi. Müstəqillik uğrunda müharibə yenicə qurtarmışdı və ölkə müharibələr ucbatından xeyli zəifləmişdi; Türkiyə çox ləng inkişaf səviyyəsi olan kasıb dövlət idi. Paytaxtda tikinti və inşaat fəaliyyətçiliyi də elə həmin vaxtlar işə düşür, bu isə Qoç üçün yeni ehtiyaclar demək idi və o, bu yeni ehtiyacları ödəmək məqsədilə biznesini genişləndirir. Vəhbi Qoçun növbəti addımı Ankaradan İstanbula köçməsi olur. Qoç anlayır ki, İstanbuldakı bazar böyük potensial təklif edir. Nəticədə Vəhbi Qoç bəzi inşaat işləri ilə yanaşı yeni dükan və ticarət evləri də açır. Həmin mərhələdə bir sıra satış müqavilələri və nümayəndəlik razılaşmaları imzalamaqla Qoç öz biznesini şaxələndirməyə səy göstərir.

1931-ci ildə Avropaya, 1946-cı ildə isə ABŞ-a səfərləri zamanı orada universitetlər, tələbə yataqxanaları və xəstəxanalar açan fondların fəaliyyətiylə yaxından tanışlıq Vəhbi Qoçu xeyriyyçiliyə xeyli ilhamlandırır. Elə o zamandan etibarən Qoç fondları yaratmağa böyük əhəmiyyət verir.

1969-cu il yanvarın 17-də Vəhbi Qoçun yaratdığı fond diqqəti üç əsas sahəyə yönəltmişdi: təhsil, səhiyyə və mədəniyyət.

Fond cəmiyyətə həmin sahələrdə fəaliyyət göstərən mövcud işlək təşkilatları himayə etməklə, bacarıqlı, lakin maddi imkanı olmayan gənclərə təqaüd verməklə, təşkilatlar yartmaqla xidmət göstərirdi. Vəhbi Qoç Fondu hər zaman özünün bütün xidmət sahələrinin keyfiyyət və davamlılığının xırdalıqlarına qədər diqqət yetirirdi. Fond maliyyə dəstəyi kimi dövlətə onun nəzdində olan bir çox məktəb, tələbə yataqxanası və klinikaların inşasına sponsorluq edirdi.

Məşhur milyarder Fondu institutlaşdırılmış və dayanıqlı xeyriyyə xidmətləri göstərmək məqsədilə təsis etmişdi. Vəhbi Qoçda sosial problemlərin həllində fərdi məsuliyyətin vacibliyinə möhkəm inam var idi. Onun bütün həyat təcrübəsi bu prinsipə sadiqliyini sübut edir.

Fondun mədəniyyət və incəsənət sahəsində gördüyü işlər xüsusilə diqqətəlayiqdir. "Qüdrətli Süleymaniyyə erası", "Osmanlı dövrünün geyimləri" kimi kitablar fond tərəfindən nəşr edilib. İtalyan və türk dillərindəki incəsənət toplusunun nəşri də fondun sponsorluğu sayəsində işıq üzü görüb.

Vəhbi Qoçun məzarı.
(Levent, Beşiktaş, İstanbul, Türkiyə).

1990-cı ildə yaradılmış Tofaş Fiat Fondu spesifik məqsədlər üçün ianələr toplamağa başladı. Həmin ianələr Türkiyə və İtaliyada taqaüdlər verilməsi, İstanbuldakı italyan xəstəxanasının bərpası, Turkiyə ərazisindəki qədim Pamukkale şəhərində arxeoloji qazıntıların təşkili, italyan memarı Darankosun modern incəsənət üslubunda (XIX əsrin sonu, XX əsrin əvvəlləri) İstanbulda yaratdğı binaların bərpası kimi sosial xidmətlərin təşkilində istifadə olunurdu.

1996-cı il yanvarın 18-də Vəhbi Qoç Fondu və Fiat Türkiyə Qrupunun birgə sponsorluğu ilə "Şərqə baxış: neo-klassizmdən 20-ci yüzilliyə qədər İslam dünyası italyan qrafikasında" sərgisini təşkil etdilər və bundan sonra Fiat Türkiyə Qrupu "Şərqə baxış" adlı kitabı nəşr etdi.

Mədəni irsin mühafizəsinə aid Qoç Fondunun təsisatları sırasına Sadberk Xanım Muzeyi, Suna-İnan Kırac – Aralıq dənizi sivilizasiyasının Araşdırma Mərkəzi, Vəhbi Qoç və Ankara araşdırma mərkəzləri daxildir.

Qoç Fondunun təhsil şəbəkəsinə Qoç məktəblərindən əlavə Qoç özəl ibtidai və özəl ali məktəbləri daxildir. Bu sırada Türkiyənin ali təhsil haqqında qanununa uyğun olaraq Nazirlər Şurasının qərarı ilə təsis etdiyi və dövlət institutu kimi təsnifatlandırılan Qoç Universiteti də daxildir.

Fondun səhiyyə şəbəkəsinə MedAmerikan Ambulator klinikaları, amerikan xəstəxanası, Vəhbi Qoç Fondunun maliyyələşdirdiyi Türkiyə ailə sağlamlığı və plan laşdırma fondları və başqa tibbi təsisatlar da daxildir.

1989-cu ildə 20-ci ildönümü qeyd olunarkən fondların Ali Rəhbərlik Assambleyası tərəfindən Qoç Fondu "İlin ən uğurlu fondu" seçilmişdir. Turkiyənin o zamankı prezidenti Turqut Özal Dövlət İncəsənət Muzeyində bu münasibətlə keçirilən mərasimdə Vəhbi Qoçu "Şərəf" mükafatı ilə təltif etmişdir.