Ahmet Yaramış (türk. Ahmet Yaramış; 1968, Çorum) — türk professor. 20 aprel 2020-ci ildə, prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən Türk Tarix Cəmiyyətinin rəhbərliyinə təyin edildi, 22 iyul 2020-ci ildə istefa etdi.[2]
Əhməd Yaramış | |
---|---|
Ahmet Yaramış | |
Türk Tarix Qurumu prezidenti[1] | |
20 aprel 2020 – 22 iyul 2020 | |
Əvvəlki | Refiq Turan |
Sonrakı | Birol Çətin |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1968 |
Doğum yeri | |
Uşağı | 4 |
1968-ci ildə Çorumda anadan olan Yaramış, ibtidai və orta təhsilini Amasya şəhərinin Merzifon ilçəsində oxumuş, daha sonra orta məktəb təhsilini İskilipdə tamamlamış, universitet təhsilini isə Ankara Universiteti dil və tarix-coğrafiya fakültəsində almışdır. Qazi Universiteti (1993) ve Konnektikut universitetində (1996) magistr təhsili almışdır. Daha sonra “II Mahmud dövründə Asakir-i Mansure-i Muhammediye, 1826-1839” adlı tezis ilə Ankara Universitetində doktoranturanı müdafiə etmişdir.[3]
1991-1993-cü ildə Ankaranın Gölbaşı mahalında Milli Təhsil Nazirliyində tarix müəllimi olaraq çalışdı və 1993-cü ildə Afyon Böyüktəpə Universiteti dil və ədəbiyyat fakültəsi tarix bölməsinin tədqiqatçı köməkçisi vəzifəsinə təyin edildi. 2002-ci ildə köməkçi dosent, 2008-ci ildə dosent, 2014-cü ildə professor oldu. 20 aprel 2020-ci ildə Türk Tarix Cəmiyyətinin prezidenti vəzifəsinə başladı və 22 iyulda istefa verdi.[4]