I Əhməd - Dərbənd Haşimiləri sülaləsindən olan beşinci müstəqil Dərbənd əmiridir.[1]
I Əhməd | |
---|---|
Dərbəndin V əmiri | |
27 fevral 939 – 976 | |
Əvvəlki | Əbdülmalik ibn Haşim Xəşrəm Əhməd (Ləzgi əmiri) (953, sentyabr) |
Sonrakı | Maymun ibn Əhməd Heysəm (iyun, 939) |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Dərbənd |
Vəfat tarixi | |
Vəfat yeri | Dərbənd |
Milliyyəti | ərəb |
Atası | Əbdülmalik ibn Haşim |
Uşaqları |
Maymun ibn Əhməd Həsən ibn Əhməd Məhəmməd ibn Əhməd |
Atasının vaxtsız ölümündən sonra əmir olmuşdu. Atasının basdırılmasından 3 gün sonra əmir elan olunmuşdu. Hələ 3 yaşı var idi. Taxta çıxmasından 5 ay sonra əmirlər üsyan edərək Şirvanşah şahzadəsi, Heysəmi əmir elan etdilər. Daha sonra əmirlər onu da devirərək, Əhmədi 941-ci ildə, 6 yaşında yenidən əmir elan etdilər. Elə 6 ay sonra, dekabrda Əhməd bir daha devrildi. Şahzadə Heysəm bir daha əmir elan olundu. 954-cü ilin martında Əhməd bir daha əmir elan olundu. 968-ci ildə Salari İbrahimlə müttəfiqlikdən qaçan əmir Salari ordusunu geri oturtdu. Bu vaxt şahzadə Heysəm ona sığındı və Əhməd bundan istifadə edərək Sərirlilərlə birlikdə Şirvanşahlar dövlətinə yürüşlərə başladı. 969-cu ildə qalanı yenidən təmir etdirən Əhmədin dövründə əmirliyin siyasi nüfuzu artdı.