Dərbənd əmirliyi


Dərbənd əmirliyiDərbənd ərazisində olan qədim dövlət.

Əmirlik
Dərbənd əmirliyi
Dərbənd əmirliyi ərazisi (sağ üstdə)
Dərbənd əmirliyi ərazisi (sağ üstdə)
 
 

Paytaxt Dərbənd
Ən böyük şəhər Məsqət, Şabran
Rəsmi dilləri ərəb dili
Dövlət dini Sünni islam
İdarəetmə forması Monarxiya
Əmir
 • 869-884 I Haşim ibn Suraka

Dərbəndin ərəblər tərəfindən işğalı

[redaktə | mənbəni redaktə et]

Azərbaycanı tutmuş ərəblər "Bab əl-Əbvab" (və ya "əl-Bab" -"qapılar qapısı") adlandırdıqları sərhəd şəhəri Dərbəndi Xilafətin Qafqazdakı iri istinad məntəqəsinə çevirdilər. Uzun müddət bu şəhəri xəlifənin təyin etdiyi ərəb sərkərdələri idarə edirdilər. Onların başlıca vəzifəsi şimaldan olan hər bir hücumun, xüsusilə xəzərlərin müdaxiləsinin qarşısını almaq idi.

IX əsrin ortalarınadək bu vəzifə xüsusi təyinatla yerinə yetirilirdi, lakin 851-ci ildə xəlifə əl-Mütəvəkkil Dərbəndi və onun ətraf vilayətlərini o zaman Azərbaycan, ArranƏrminiyə hakimi olan Məhəmməd ibn Xalid ibn Yəzid əş-Şeybaniyə iqta payı kimi bağışladı.

861-ci ildə xəlifənin ölümündən sonra türklərin Bağdaddakı fəaliyyəti ilə əlaqədar Xilafət ərazisində çaxnaşmalar baş verdi. Müstəqilliyə can atan bir çox feodallar, o cümlədən Məhəmmədin mərkəzi hakimiyyətlə əlaqəsini tamam kəsərək, Şirvanı müstəqil elan etmiş qardaşı Heysəm ibn Xalid bundan istifadə etdilər.

869-cu ildə, qiyam etmiş türk əmirlərinə qarşı Xilafət mərkəzində mübarizə aparıldığı bir zamanda, Haşim ibn Suraka əs-Suləmi Dərbəndin müstəqil idarə edilməsinə nail oldu. O dövrün hadisələrini bizə çatdıran qaynaqda deyilir: "Əl-Mütəvəkkil öldürüldükdən sonra Xilafət parçalandığına, türk məvaliləri dövlətin idarəsini ələ keçirtdiklərinə görə, əl-Bab əhalisi və sərhədyanı vilayətlərin qazıları (yəni din uğrunda döyüşən əsgərləri) bir yerə yığılaraq, Haşimi öz əmirləri etdilər, ona böyük itaət göstərdilər"

Ərəb və yerli qaynaqların başqa məlumatlarından aydın olur ki, Haşimin Sulaym nəslinə mənsub, mənşəcə ərəb olan sələfləri hələ VIII əsrin I yarısında Dərbənd şəhərinin siyasi həyatında fəal rol oynamış, onlardan biri Əsəd ibn Zafir əs-Suləmi 736-cı ildə xəlifənin fərmanı ilə Dərbənd hakimi təyin edilmişdi. Onun digər xələflərinin, Harun ər-Rəşidin hakimiyyəti dövründə Dərbənd hakimi olmuş Nəcm ibn Haşimin və onun Azərbaycan və Ərminiyənin ərəb hakiminə qarşı üsyan etmiş oğlu Həyyunun adları bu dövrdə Azərbaycanda baş vermiş böyük hadisələrlə bağlıdır.

Dərbənd əmirliyinin idarəedilməsinin quruluşu və xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

V.F.Minorskinin fikrincə, "Haşimilərə şimal sərhədyanı vilayətinin mühafizəçiləri kimi baxılsa da, ailə ənənələrinə görə onlar artıq yerli qəbilələrarası siyasətə qatılmışdılar. Haşimin özü əldə etdiyi hakimiyyətinə görə onu dəstəkləyən və ya seçilməsinə razılıq verən həmvətənlərinə borclu idi; bu vəziyyəti onu ictimai işlərin həllində məsləhət aldığı ağsaqqal və rəislərdən asılı vəziyyətə salırdı".

Şəhərin yüksək feodal dairələrinin yardımı və razılığı sayəsində hakimiyyətə gəlmiş müstəqil Dərbənd hakimi bu hakimiyyətin irsən onun övladlarına keçməsi hüququnu da təmin edə bilmişdi. Əmirdən başqa dövlətin idarəsində güclü rol oynayan rəislər vardı. Əmirlər hakimiyyətə seçki ilə gəlirdilər və rəislərin bəyənmədiyi bir əmir asanca devrilə bilərdi. Rəislik də atadan oğula keçən bir titul idi. Bəzən əmirin üstündə təsir qazanmaq üçün rəislər bir-biri ilə mübarizə aparırdı. Paytaxtı Dərbənd olan əmirlik 883-cü ildə xəlifə Əl-Mütəmid tərəfindən tanınaraq Bakının neft mədənlərini və duz göllərini idarə etmək haqqını əldə edərək sərhədlərini cənuba doğru genişləndirmişdi. Məhəmməd özü ölkənin idarəsi işindən əl çəkdi və Gəncəyə köçdü. Sonralar o, xə lifə əl-Müstəin (862-866) tərəfindən Bizansla sərhəddə Xilafət ordusunda xidmət etməyə çağırıldı.

İtaətə gəlməyən xristian və bütpərəst tayfaların əhatəsində yaşayan bu şəhər-dövlətin ərazisi şəhərin divarlarından çox da uzaqlaşmırdı. Bu ərazini yalnız divarlardan cənubda yerləşən torpaqlar hesabına, Xəzər sahili boyunca genişləndirmək olardı.

Əmirlik Dərbənd Haşimiləri sülaləsi tərəfindən idarə olunurdu, dəfələrlə Şirvanşahlar və xarici əmirlər tərəfindən də idarə edilmişdir:

  1. I Haşim ibn Suraka
  2. Ömər ibn Haşim
  3. Məhəmməd ibn Haşim
  4. Əbdülmalik ibn Haşim
  5. Əhməd ibn Əbdülmalik (birinci)
  6. Şahzadə Heysəm (birinci)
  7. Əhməd ibn Əbdülmalik (ikinci)
  8. Şahzadə Heysəm (ikinci)
  9. Şahzadə Əhməd
  10. Xəşrəm Əhməd - həm də Ləkz əmiri
  11. Əhməd ibn Əbdülmalik (üçüncü)
  12. Maymun ibn Əhməd
  13. II Məhəmməd
  14. Ləşkəri ibn Maymun
  15. Mənsur ibn Maymun
  16. II Əbdülmalik
  17. II Mənsur (birinci)
  18. II Ləşkəri
  19. II Mənsur (ikinci)
  20. II Maymun (birinci)
  21. III Əbdülmalik
  22. II Maymun (ikinci)

II Maymunun devrilməsindən və III Əbdülmalikin həbsindən sonra I Fəribürz əmirliyi Şirvanşahlar dövlətinə birləşdirdi.

  • Магомедов Р.М. История Дагестана: Учебное пособие; 8 кл. - Махачкала: Изд-во НИИ педагогики, 2002 г.
  • К. Рыжов. Справочник. Все монархи мира: Мусульманский Восток. VII-XV вв.
  • Barthold W., DERBEND / The encyclopedia of Islam. A Dictionary of the Geography, Ethnography and Biography of the Muhammadan Peoples by E.J. Brill and Luzac & Co. Leiden, 1913-1938, p. 940-945.
  • Hennequin G. Catalogue des monnaies musulmanes de la bibliotèque nationale. Paris, 1985.
  • J. de Bartolomae: Lettre du Général Bartolomae [Var. Adressée par M. le Général J. (de) Bartolomae(i)] à M.F. Soret, sur des monnaies koufiqes trouvées a Téhéran [Var/ sur des monnaies koufiqe inédites, raportées de Perse]. Cinquième lettre sur les médailles orientales inédites de la collection de M.F. Soret. 2 Tle. Bruxelles 1859 (=RNB 3. Ser., Bd 3 (1859), S. 321-361 u. 417-468).
  • Kouymjan D. K. A numismatic history of southeastern Caucasia and Adharbayjan based on the Islamic coinage of the 5th/11th to the 7th/13th centuries. Columbia University Ph. D. 1969.
  • Lebedev V. A dirham of the ruler of Darband, Maymūn bin Ahmad (bin ‘Abd al-Malik bin Hāshim)// ONS №202, 2010, p. 11-12.
  • Minorsky V. Khagani and Andronicus Comnenus // BSOAS. 1945. Vol. XI, pt. 3. p. 550-578.
  • Soret М.F. Lettre a S. E.M. le Conseiller d´État actuel de Gilles sur quelques monnaies inédites de l'Adherbaïjan. Paris 1859 / Revue numismatique N.S. 5 (1860).
  • Troisieme lettre de M. le General J. Bartholomaei a M.F. Soret, sur des monnaies koufiques inedites, trouversen Georgie. / Numismatique Belge, 3-e serie, t. VI, Bruxelles, 1862.
  • Ад-Дарбанди. Китаб райхан ал-Хака'ик ва-бустан ад-дака'ик ли-Аби Бакр Мухаммад б. Муса б. ал-Фарадж ад-Дарбанди. Рук. №2191 из РФ ИИАЭ ДНЦ РАН.- Цит. по А.К. Аликберову.
  • Ал-Гарнати. Тухфат ал-ал-баб ва нухбат ал-а'джаб. – Путешествие Абу Хамида ал-Гарнати в Восточную и Центральную Европу (1131-1153 гг.). Публ. О.Г. Большакова и А.Л. Монгайта. М., 1971.
  • Аликберов А. К. Эпоха классического ислама на Кавказе. М., 2003.
  • Бакиханов Аббас Кули Ага. Гюлистан-Ирам. Баку, 1926 (2-е. изд. под ред. З.М. Буниятова, Баку, 1991).
  • Баладзори. Книга завоеваний стран. Пер. проф. П.К. Жузе. // Известия общества обследования и изучения Азербайджана. Материалы по истории Азербайджана, Вып. III, Баку, 1927.
  • Бартольд В. В. Дербенд // Соч. т. III. М., 1965.
  • Дарбанд-нама [1851]. – The Derbend-Nameh, or the history of Derbent, translated from a select Turkish version and published with the text and with notes, illustrative of the history, geography, antiquities etc. occurring throughout the work by Mirza Kazem-Beg. SPb., 1851.
  • Дарбанд-нама [1898]. – Тарихи Дербент-наме. Под ред. М. Алиханова-Аварского, Тифлис, 1898. (перевод)
  • Дербенд-наме [1992]. – Акташи Мухаммед Абави. Перевод с тюркского и арабского списка Г.М.-Р. Оразаева и А. Р. Шихсаидова, Махачкала, 1992.
  • Ибн ал-Азрак. Та'рих Майафарикин / Минорский В. Ф. История Ширвана и Дербенда Х-ХI веков. М., 1963. Приложение V, с. 222-225.
  • Ибн-ал-Асир.Тарих ал-Камил. / Пер. А. Жузе, Баку, 1940.
  • Кудрявцев А.А. Феодальный Дербент: Пути и закономерности развития города в VI-середине XIII в. М., 1993.
  • Масуд б. Намдар. Сборник рассказов, писем и стихов. Факсимиле текста. Предисл. и указ. В.М. Бейлиса, М., 1970.
  • Минорский В.Ф. История Ширвана и Дербенда Х-ХI веков. М., 1963.
  • Минорский В.Ф. The Caucasian Vassals of Marzuban / Bulletin of the School of Oriental and African Studies of University of London (BSOAS), 1953, XV/3, p. 514-529.
  • Пахомов Е.А. Монеты из раскопок 1959-1960 годов в развалинах крепости Кабалы / Материальная культура Азербайджана, т. V, Баку, 1964, с. 178-186.
  • Пахомов Е. А. Монетные клады Азербайджана // Труды общества обследования и изучения Азербайджана, Баку, 1926 г., вып.3.
  • Пахомов Е. А. Монетные клады Азербайджана и других республик, краев и областей Кавказа, Баку, 1957 г., вып VII.
  • Пахомов Е. А. Монетные клады Азербайджана и других республик, краев и областей Кавказа, Баку, 1959 г., вып VIII.
  • Пахомов Е. А. О Дербендском княжестве XII-XIII в. // Известия АзГНИИ, Т.1, вып. 2, Баку, 1930 г.
  • Пахомов Е.А. О технике чеканки медных монет в Закавказье в конце XII – начале XIII вв. / Отдельный оттиск, Советская Археология, №3, 1969.
  • Топурия П. А. Государственные образования Восточного Закавказья XI-XII вв. Тбилиси, 1975.
  • Фасмер Р.Р. Хронология наместников Армении при первых аббасидах. Записки коллегии востоковедов. I, Ленинград, 1925.
  • Исаков М.И. Археологические памятники Дагестана // МАД, Махачкала, 1959, Т. 1, с. 195-232.
  • Якуби. История. Пер. проф. П.К. Жузе. // Известия общества обследования и изучения Азербайджана. Материалы по истории Азербайджана, Вып. IV, Баку, 1927.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]