Əhmədağa Hacı Ağa Mirzə Əbdülkərim oğlu Əhmədov (26 mart 1922, Maştağa, Bakı qəzası – 21 mart 2008, Maştağa) — texniki elmlər namizədi (1954), dosent, islamşünas, ədəbiyyatşünas. Bir sıra texniki, dini və ədəbi araşdırma kitablarının müəllifi.[1]
Əhmədağa Əhmədov | |
---|---|
Əhmədağa Hacı Ağa Mirzə Əbdülkərim oğlu Əhmədov | |
Doğum tarixi | 26 mart 1922 |
Doğum yeri | |
Vəfat tarixi | 21 mart 2008 (85 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Atası | Əbdülkərim Maştağai Badkubei[d] |
Elm sahələri | texniki elmlər, İslamşünaslıq |
Elmi dərəcəsi | texniki elmlər namizədi |
Elmi adı | dosent |
İş yerləri | |
Təhsili |
Əhmədağa Əhmədov 1922-ci ildə Bakının Maştağa kəndində anadan olub. Dövrünün çox savadlı ruhanisi olmuş atası Hacı Mirzə Əbdülkərimin onun təlim-tərbiyəsində böyük əməyi olub. Hacı Mirzə Əbdülkərim uzun müddət İranda və İraqda oxuyub, Məşhəd və Nəcəf şəhərlərindəki mədrəsələrdə ərəb dilinin sərvi-nəhvi, məntiq, bəlağət elmləri, fiqh, üsul, hikmət, ilahiyyat və s. elmlərdən dərs deyib. O vaxtlar ruhanilərə "kulak" damğası vurulduğu üçün məktəb yaşı çatmasına baxmayaraq balaca Əhmədağanı məktəbə yalnız 13 yaşında qəbul edilib. Lakin 4-5 yaşlarında yazıb oxumağı öyrənmiş Əhmədağa bu illər fars və ərəb dillərini, məntiq ədəbiyyat elmlərini öyrənmişdi.[1]
Orta məktəbi altı il ərzində əla qiymətlərlə bitirib attestat aldıqdan iki gün sonra müharibə başlayır və onu ordu sıralarına çağırıb Uzaq Şərqə yola salırlar. Sibirin buzlu qazmalarında hərbi xidmət keçən Ə.Əhmədov ağır xəstələnir. 1943-ci ildə ürək tutmaları ilə ordudan tərxis olunur. Məktəbi əla bitirdiyinə görə Neft İnstitutuna qəbul olunur və oranı əla qiymətlərlə bitirir. İmtahan komissiyasının qərarı ilə onu aspiranturada saxlayırlar. Elmi işlə paralel olaraq 1950-ci ildən pedaqoji fəaliyyətə başlayır, 1954-cü ildə elmlər namizədi, alimlik dərəcəsi, bir neçə ildən sonra isə dosent dərəcəsi alır. O vaxtdan başlayaraq pedaqoji və elmi fəaliyyətini davam etdirib bitirdiyi institutda, Rostov dəmiryolu və Moskva institutlarının Bakıdakı filiallarında nəzəri mexanika, termodinamika, daxiliyanma mühərrikləri, istilik texnikası, buxar qazanları və s. texniki fənlərdən mühazirələr oxuyur və bir necə il AzSİ-nin nəzəri mexanika kafedrasına rəhbərlik edir.[1]
Əhmədağa Əhmədov 2008-ci il Novruz bayramı günündə vəfat edib.[1]
Ə. Əhmədovun texniki sahədə yazdığı çoxlu elmi məqalələr "Neft i qaz" jurnalının müxtəlif nömrələrində çap olunub. Çap edilməyənlər isə nəzəri mexanika kafedrasının hesabat məcmuələrində dərc edilib arxivdə saxlanılır.[1]
1977-ci ildə EA Nizami adına Ədəbiyyat İnstitutunda "Azərbaycan ədəbiyyatının tarixi" kitabını kiril əlifbası ilə çapa hazırlamış, kitab haqqında rəy yazmışdır. Dahi şair Nizaminin yubileyi ərəfəsində onun əsərlərinin tərcüməsi, təhlili və nəşrində fəal iştirak edib. Rəsmi filoloji təhsili olmadığından onu müstəsna hal kimi Azərbaycan EA-nın xüsusi qərarı ilə Nizami İnstitutunun Mətnşünaslıq şöbəsinə baş elmi işçi təyin edirlər. Bundan sonra klassik şairlərin yaradıcılığı ilə bağlı elmi işləri ilə məşğul olmuş, iki cildlik "Şeir inciləri" məcmuəsini tərtib edərək nəsx xətti ilə yazmışdır.[1]
Ensiklopedik bilik sahibi Ə. Əhmədovun digər bir istedad yönü Azərbaycan müstəqillik qazandıqdan sonra parlayıb. Dinin bütün incəliklərinə bələd olan alim bir xəzinə yaradaraq İslamı sevənlərin ixtiyarına verib. "İslam təlimi", "İslam əxlaqı", "Ərəb əlifbası", "Nikatül-Quran", "Əsrarül-Quran", "Şəriət çırağı", "Dürəfşan kəlamlar", "Allahın hüccətləri", "İslamın əsasları" və fars dilindən tərcümə etdiyi Şeyx Bəhanin "Cameyi-Əbbasi" və b. əsərləri ondan yadigar qalıb.[1]
Ə.Əhmədov həm də texniki elmlər sahəsində alim olduğundan humanitar sahədə apardığı tədqiqatlarda texniki biliklərindən də istifadə etmişdir. Belə ki, din və ədəbiyyatda olan bir çox məsələləri texniki elmlərlə əlaqələndirmişdir.
Onun bu kəlamı məşhurdur: "Allah insana ağıl veribsə, nə verməyib? Əgər ağıl verməyibsə, nə verib?"[1]
Müəllifi olduğu kitablar:
Tərtib etdiyi və redaktoru olduğu kitablar: