Əhmədiyyə Ulbaşov (qaraç.-balk. Улбашланы Мусаны жашы Ахмадия; 10 mart 1905, Yuxarı Balkariya[d], Kabardino-Balkariya Muxtar Vilayəti[d] – 1965, Nalçik) – balkar şair və nəsr ustası[1], SSRİ Yazıçılar İttifaqının üzvü.[2]
Əhmədiyyə Ulbaşov | |
---|---|
qaraç.-balk. Улбашланы Мусаны жашы Ахмадия | |
Doğum tarixi | 10 mart 1905 |
Doğum yeri |
|
Vəfat tarixi | 1965 |
Vəfat yeri | |
Təhsili |
|
Fəaliyyəti | yazıçı, şair |
Əsərlərinin dili | Qaraçay-balkar dili |
Əhmədiyyə Ulbaşov 1905-ci ilin mart ayında Yuxarı Balkariyanın Şaurdat aulunda Çegemdən olan imam Musa Ulbaşovun ailəsində anadan olub. Kənd məscidinin nəzdində fəaliyyət göstərən mədrəsədə təhsil alıb.[3] 1926-1930-cu illərdə Moskvada yerləşən İ.Stalin adına Şərq Zəhmətkeşlərinin Kommunist Universitetində təhsil alıb. Təhsilini bitirdikdən sonra Nalçikdə yerləşən Lenin təlim şəhərciyində müəllim kimi fəaliyyət göstərib. 1935-ci ildə haqqında yazılan donosa görə Stalin repressiyalarını tənqid edən silsilə şeirlərinə görə repressiyaya məruz qalaraq 20 il müddətində Kolımaya sürgün edilib. 1955-ci ildə öz cəza müddəti bitdikdən sonra 1944-cü ildə Orta Asiyaya sürgün edilmiş ailəsinin yanına qayıdır. Öz doğma vətəninə isə 1958-ci ildə qayıdıb. 1966-cı ildə Ulbaşovun işinə SSRİ Ali məhkəməsinin hərbi komissiyası tərəfindən baxılmış və o bəraət qazanmışdır. Bundan başqa onun Yazıçılar İttifaqına üzvlüyü də bərpa edilmişdir. (#empty_citation)
İlk şeirləri 1931-ci ildə "Yanqı yaşau yolunda" (Yeni həyat yolunda) toplusunda nəşr edilmişdir. 1934-cü ildə "Şkolçulaqa" (Məktəblilərə) adlı hekayələr toplusu işıq üzü görüb.[4]Sürgündən qayıtdıqdan sonra Ulbaşovun şeirləri heç bir yerdə nəşr edilməyib. Kolımada sürgündə olduğu dövrdə "Aliy" (1939–1956) adlı poemasını qələmə alır. Bu əsərdə o baş qəhrəmana prototip kimi sürgün həyatının bütün əziyyətlərini təcrübədən keçirmiş özünü seçir. Onun "Çerek" adlı şeirlər toplusu 1967-ci ildə ölümündən sonra işıq üzü görüb.
Ulbaşov Musa əfəndi Sarbəy oğlu (1869–?) – atası
Şərifə Katmurzaevna (1915–?) – həyat yoldaşı
Maya (1934–?) – qızı
Svetlana (1936–?) – qızı