Çerek rayonu

Çerek rayonu (kab.-çərk. Шэрэдж район / Шэрэдж куей, qaraç.-balk. Черек район[4]) — Rusiya Federasiyası, Kabarda-Balkariyanın tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Kaşxatau qəsəbəsidir.

Çerek rayonu
Шэрэдж район / Шэрэдж куей[1]
Черек район[1]

43°18′57″ şm. e. 43°36′02″ ş. u.


Ölkə
İnzibati mərkəz Kaşxatau[2]
Tarixi və coğrafiyası
Yaradılıb 28 yanvar 1935
Sahəsi
  • 2.210 km²
Hündürlük
5.205 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 30.397 nəf. (2023)[3]
Rəqəmsal identifikatorlar
Telefon kodu 86636
Çerek rayonu xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Çerek rayonu Kabarda-Balkariya Respublikasının cənub-şərq hissəsində yerləşir. Aşağıdakı ərazilərlə həmsərhəddir: qərbdə Çeqem rayonu, şimalda Urvan rayonu, şərqdə Leskenski rayonu, həmçinin qərbdə Şimali Osetiyanın Diqora rayonu, cənubdan Gürcüstan. Rayonun sahəsi 2215,50 km²-dir.

Rayonu ərazisini relyef xüsusiyyətlərinə görə iki hissəyə bölünür: dağətəyi və dağlıq. Çerek rayonu Rusiya Federasiyasındakı ən yüksək rayonlarından biridir. Əsas torpaq kütləsi dağlıq zonada yerləşir. Böyük Qafqazın beş əsas silsiləsi rayon ərazisindən keçir. Qafqazda yerləşən hündürlüyü beş min metrdən çox olan yeddi zirvədən beşi Çerek rayonundadır. Bu hissə Bezenqi adlandırılan divarı təşkil edir.

Rayonun hidroqrafik Çerek çay hövzəsinə aiddir. Bölgənin üç ən böyük dərəsi Xulamo-Bezenqi, Çerek və Psıqansudur. Bölgədə 5 karst gölündən ibarət Mavi Göllər vardır.

Kabarda-Balkariya Regional İcraiyyə Komitəsi Rəyasət Heyətinin 28 yanvar 1935-ci il tarixli 92 nömrəli qərarına əsasən Balkar rayonuna daxil olan Yuxarı Balkar, Orta Balkar, Aşağı-Balkar, Taşlı-Talinski, Kaşkatau, Bezenqiyevski, Şiki, Yuxarı Xulam, Nijne-Xulamski, Xasaninski və Beloreçenski kənd sovetlikləri yeni rayonda birləşdirilir.

20 aprel 1937-ci ildə Yuxarı-Balkar Kənd Şurasından Şaurdat Kənd Şurası, Orta Balkardan isə Kuspart Kənd Sovetliyi ayrılır.

Sovet İttifaqı Kommunist Partiyası rayon komitə bürosunun 25 yanvar 1939-cu il tarixli qərarı ilə Taşlı-Talinski kənd soveti Leskenski rayonuna verildi və Kaşkatau, Şiki, Bezenqievski, Yuxarı-Khulamskiy, Nijne-Xulamski, Belinsk kəndlərindən yeni bir Xulamo-Bezenqievski rayonu təşkil edilir[5].

RSFSR Ali Sovetinin Rəyasət Heyətinin 29 may 1944-cü il tarixli qərarı ilə Hulamo-Bezenqievski rayonu Sovet rayonu adlandırıldı. Eyni sərəncamla Çerek rayonu ləğv edildi və ərazisi Sovetski rayonuna verildi[6]. Elə həmin il Nalçik rayonundan Auşiqer və Qerpeqejski kənd sovetlikləri, Urvan rayonundan Zaraqij və Jemtalin kənd sovetlikləri Sovet rayonuna verildi.

Balkar xalqının hüquqlarının bərpası ilə əlaqədar Kabarda-Balkariya Parlamentinin 5 may 1994-cü il tarixli qərarı ilə Kabardin-Balkariya Respublikasının Sovet inzibati ərazi bölgəsi mövcud inzibati sərhədləri, bütövlükdə bölgənin hüquqi statusunu və hər bir yaşayış məntəqəsini dəyişdirmədən Çerek rayonu adlandırıldı.

2005-ci ildə rayonda kənd sovetlikləri ləğv edildi və kənd yaşayış məntəqələri statusu ilə 10 bələdiyyədə birləşdirildi.

Urbanizasiya Şəhər şəraitində (Kaşxatau ş.) rayon əhalisinin 19,86 % yaşayır.
Milli tərkib

2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə rayonun milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir[7]:

Xalq Say,
nəf.
Ümumi əhaliyə
olan nisbəti, %
balkarlar 17 251 64,00 %
kabardinlər 9 300 34,50 %
ruslar 137 0,51 %
digərləri 177 0,65 %
milliyyətini bildirməyənlər 91 0,34 %
ümumi 26 956 100,0 %
Cins tərkibi 2010-cu il Ümumrusiya siyahıya alınmasına olan məlumat[8]
Yaş Kişilər,
nəf.
Qadınlar,
yaş.
Ümumi
say.
ümumi əhaliyə
olan nisbət, %
0–14 yaş 2 767 2 848 5 615 20,83 %
15–59 yaş 8 949 9 131 18 080 67,07 %
60 yaşdan yuxarı 1 275 1 986 3 261 12,10 %
ümumi 12 991 13 965 26 956 100,0 %

Kişilər — 12 991 nəf. (48,2 %). Qadınlar — 13 965 nəf. (51,8 %)[9].

Əhalinin orta yaşı — 34,2 yaş. Kişilərin orta yaşı — 33,2 yaş. Qadınların orta yaşı — 35,1 yaş.

  1. 1 2 http://cr.adm-kbr.ru/index.php/ofitsialnye-dokumenty/12-dokumenty/19-normativno-pravovye-akty.
  2. OKTMO (rus.).
  3. https://rosstat.gov.ru/storage/mediabank/Bul_MO_2023.xlsx (rus.). 2023.
  4. Официальный сайт Черекского муниципального района Кабардино-Балкарской Республики. Нормативно-правовые акты местной администрации Arxivləşdirilib 2015-06-14 at the Wayback Machine См. официальные наименования муниципального образования на языках народов КБР в официальных документах местной администрации
  5. Административно-территориальные преобразования в Кабардино-Балкарии. История и современность. — Нальчик : Эль-Фа, 2000. — 730 с.
  6. "Указ ПВС РСФСР «О перенесении районных центров Нагорного, Урванского и Чегемского районов, переименовании Хуламо-Безенгиевского района и о ликвидации Черекского района Кабардинской АССР»". alexanderyakovlev.org. 2018-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-03.
  7. "Том4. Таблица 4. Национальный состав РСОА по муниципальным образованиям по переписи 2010 года". 2013-08-19 tarixində arxivləşdirilib.
  8. "Том 1. Таблица 2.2 Население КБР по возрастным группам и полу". 2018-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-09.
  9. "Численность населения КБР по итогам Всероссийской переписи населения 2010 года". 2016-06-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-07-09.