Əhzab Surəsi


Əhzab surəsi (ərəb. سورة الأحزاب‎ (oxunuşu: surətul-əhzab) - dəstələr) - Quranın 33-cü surəsi. Mədinədə nazil olmuşdur, 73 ayədir.

33-cü surə — Əhzab surəsi
Surənin ərəbcə mətniSurənin ərəbcə mətni
Adı
Ərəbcə adı سورة الأحزاب
Adının mənası Müttəfiqlər
Quranda yeri
Nömrəsi 33
Statistika
Ayələrin sayı 73
Vikimənbənin loqosu Əhzab surəsi Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Quran Akademiyasında tərcüməsi


Surənin adı 20 və 22-ci ayələrdə işlədilən əl-əhzab (dəstələr) sözündən götürülmüşdür.

Surənin 56-cı ayəsi salavat ayəsi adlandırılır. Məşhur təthir ayəsi bu surənin 33-cü ayəsidir.

Surədə həmçinin cahilliyyət dövründə adət şəklini almış öz oğulluğunun boşamış arvadı ilə evlənməyin yasaq olması hökmünün qüvvədən düşməsini əmr edən ayə də nazil olmuşdur. Belə ki, Peyğəmbər (s) öz oğulluğu Zeydin arvadının boşanmasına imkan daxilində mane olmuşdur, lakin bu gerçəkləşmiş və Zeyd arvadı Zeynəb bint Cəhşi boşadıqdan sonra Allah Peyğəmbərə (s) onunla evlənmək əmrini verir ki, müsəlmanlar bu adətin əyani şəkildə ləğv olunmasına əmin olsunlar.[1]

  1. (Ya Peyğəmbər!) Xatırla ki, bir zaman Allahın (islam dininə yönəltməklə) nemət verdiyi və sənin özünün (köləlikdən azad etməklə) nemət verdiyi şəxsə (Zeyd ibn Harisəyə): "Zövzəni (Zeynəb bint Cəhşi) saxla (boşama), Allahdan qorx!" – deyir, Allahın aşkar etdiyi şeyi (Zeynəbin boşanacağı təqdirdə onu almağın haqda sənə nazil olan vəhyi) ürəyində gizli saxlayır və adamlardan (onların Peyğəmbər oğulluğunun boşadığı övrətlə evlənir, – deyəcəklərindən) qorxurdun. Halbuki əslində sənin qorxmalı olduğuna ən çox layiq Allahdır. Zeyd zövcəsi ilə əlaqəsini kəsdikdə (Zeynəbi boşadıqda) səni onunla evləndirdik ki, oğulluqları övrətlərini boşadıqları zaman onlarla evlənməkdə möminlərə heç bir çətinlik (günah) olmasın! (Bu işdən möminlərə heç bir günah gəlmədiyini bildirmək üçün belə bir övrətlə birinci səni evləndirib bütün müsəlmanlara nümunə etdik). Allahın hökmü mütləq yerinə yetər! Allahın Peyğəmbərə vacib (halal) buyurduğu bir şeydə (Zeynəblə evlənməkdə) ona heç bir günah yoxdur. Daha öncə gəlib-getmiş (Davud, Süleyman və başqaları kimi) peyğəmbərlər barəsində də Allahın qayda-qanunu (sünnəsi) belədir. Allahın əmri əzəli hökmdür! (O, mütləq yerinə yetməlidir!) (Əhzab surəsi, 37-38)
Əvvəlki surə:
Səcdə surəsi
Surənin mətni: Əhzab surəsi Sonrakı surə:
Səba surəsi
Əvvəl nazil olan surə:
Ali-İmran surəsi
Sonra nazil olan surə:
Mumtəhinə surəsi

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114