Əjdər Ol

Əjdər Ol (tam adı: Cəbiyev Əjdər Feyzulla oğlu) — azərbaycanlı şair, publisist, tərcüməçi, 1994-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Əjdər Ol
Əjdər Feyzulla oğlu Cəbiyev
Doğum tarixi (66 yaş)
Doğum yeri Qazıməmməd, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti publisist
Mükafatları "Dövlət qulluğunda fərqlənməyə görə" medalı — 2007
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əjdər Ol — Cəbiyev Əjdər Feyzulla oğlu 1958-ci il avqustun 17-də Azərbaycanın Qazıməmməd (indiki Hacıqabul) şəhərində anadan olmuşdur.

Orta məktəbi Hacıqabulda bitirdikdən sonra Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsində təhsilini davam etdirmişdir (1975—1979). 1994—1999-cu illərdə Moskva Dövlət Sosial Universitetində "Hüquqşünaslıq" ixtisası üzrə təhsil almışdır.

Əmək fəaliyyətinə müəllimliklə başlamışdır. Sonra "İşıq" nəşriyyatında kiçik redaktor (1986—1988), Yazıçıların yaradıcılıq evində direktor müavini (1988—1990), Bədii Ədəbiyyatı Təbliğ bürosunda direktor müavini (1990—1992), Azərbaycan Respublikasının Prezidenti Aparatında Milli məsələlər üzrə məsləhətçi (1992-1994), "Şur" nəşriyyatında baş redaktor (1994), Azərbaycan Respublikasının Maliyyə Nazirliyində protokol və mətbuat xidməti bölməsinin rəisi (1994-2002), Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunda Kadr və Hüquq Departamentinin direktoru (2002—2004), Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunda Aparatın rəhbəri (2004—2013) vəzifələrində çalışmışdır. 2013-cü ildən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəridir.

8 fevral 2021-ci il tarixdə korrupsiya hüquqpozmaları ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilmişdir.[1]

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Bədii yaradıcılığa keçən əsrin 80-ci illərindən başlamışdır. "Dünənim də belə keçdi", "Necə sevməyəsən?!" adlı ilk şeirləri "Azərbaycan" jurnalında (1981, N 9) dərc ediləndən sonra almanax, jurnal və qəzetlərdə müxtəlif ədəbi janrlarda yazdığı əsərləri ilə müntəzəm çıxış edir. Bir çox kitabların, pyeslərin, ssenarilərin və tərcümələrin müəllifidir. Yaradıcılıq sahəsindəki fəaliyyətinə görə “Milli kitab mükafatı”na (2010), Respublika Mədəniyyət və Turizim Nazirliyinin təsis etdiyi “Qızıl kəlmə” (2011) mükafatına layiq görülmüşdür. 2012-ci ildə Ankarada M.Kaşqarlı Beynəlxalq hekayə yarışmasının birinci mükafatçısı olmuşdur.

  • “Gələcəkdə yaşayıram” (şeirlər). Bakı “Yazıçı” 1987
  • “Alın yazıma düzəliş”. (şeirlər) Bakı “Gənclik” 1991
  • “Səsindən tanınan”. (publisistika) Bakı “Şur” 1993
  • “Müdriklik anları”. Bakı “Şirvannəşr” 1996
  • “İndidən...” (şeirlər) Bakı “Təbriz” 1996
  • “Əjdər Olun kitabı”. (I kitab) Bakı “Şirvannəşr” 1996
  • “Beş-on şeir”. Bakı “Şirvannəşr” 1996
  • “Habil Əliyevin lətifələri”. Bakı: "Yeni nəşrlər evi", 1998
  • “Hamı sənə “can” deyir”.
  • Bakı “Şirvannəşr” 2000
  • “Könül vuruşu”. (şeirlər) Bakı “Çaşıoğlu” 2000
  • “Əjdər Olun kitabı” (II kitab). Bakı “Şirvannəşr” 2000
  • “Canlı lətifələr, əhvalatlar, deyimlər”. Bakı “Xəzər” 2004
  • “Günəbaxan zəmisi”. Bakı “Adiloğlu” 2006
  • “Ölümlə zarafat”. (hekayələr) Bakı “Adiloğlu” 2007
  • “Günəbaxan zəmisi”. (şeirlər) Təbriz (İran) “Əxtər” 2007
  • “Jivu v buduşem”. (rus dilində şeirlər) Бaky “ Нурлар” 2008
  • “Qrafoman”. Bakı “Mütərcim” 2009
  • “Portret hekayələr”. Bakı “Əli və Nino” 2010
  • “Komutanın maymunu”. (hekayələr) Ankara (Türkiyə) “Bengü” 2010
  • “Qrafoman” (hekayələr) Vroslav (Polşa) “ATUT” 2010
  • “Yaşa”. (şeirlər) Bakı “Nurlar” 2010
  • "Habil Əliyev ucalığı". Tehran 2011
  • “Səhra komandirinin meymunu”. (hekayələr) Tbilisi, “Merani” 2012
  • “Meister Yusufs kemence” (Usta Yusifin kamançası). (almanca hekayələr) Köln (Almaniya) Edition Winterwork 2014
  • “Ölümlə oyun”. (hekayələr) İstanbul 2014
  • “Canlı lətifələr, əhvalatlar, deyimlər”. Bakı 2015
  • “Günəbaxan zəmisi”. (şeirlər) Köln (Almaniya) 2016
  • “Крылатые слова, изречения, эпизоды из жизни наших знаменитых и рядовых современников”. Москва “Художественная литература” 2016
  • “Табачная гавань”. (rus dilində hekayələr) Баку “Нурлар” 2016
  • "Lo" (roman), 1-ci nəşr, Bakı, "Qanun", 2019
  • "Lo" (roman), redaktə olunmuş 2-ci nəşr, Bakı, "Qanun", 2020
  • “Latış xalq nağılları”. Bakı “Azərnəşr” 1990
  • “Latış daynları”. Bakı “Şirvannəşr” 1998
  • “Qumuq atalar sözləri”. Bakı “Şirvannəşr” 2000
  • Maqvala Qonaşvili “Məndən arxayın olun”. Bakı “Mütərcim” 2009
  • Səid Faiq Əbasıyanıq "Bir yaz hekayəsi", Bakı, "Alatoran", 2021
  • Səid Faiq Əbasıyanıq "Sakarya balıqçısı", Bakı, "Alatoran", 2021
  • Zəhirəddin Məhəmməd Babur "Rübailər", Bakı, "Mücrü", 2023

Haqqında yazılan kitablar

[redaktə | mənbəni redaktə et]
  • “Əjdər Olam” “Nurlar” 2008
  • Tehran Əlişanoğlu “Əjdər Ol. Bir könül savaşı”. “Nurlar” 2008
  • Səlim Babullaoğlu “Sənət əsirliyində” “Mütərcim” 2012
  • Sabir Bəşirov “Nəsrin imkanları” “ATV”press 2014

Tamaşaya qoyulmuş pyesləri

[redaktə | mənbəni redaktə et]
  • “Molla Nəsrəddin və Əmir Teymurun filləri” (rejissor Əməkdar incəsənət xadimi Bəhram Osmanov) Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı (2005)
  • “Son məktub” (rejissor B. Osmanov) Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı (2007)
  • “Kimyagər” (rejissor B. Osmanov) Azərbaycan Dövlət Musiqili Komediya Teatrı (2014)
  • “Biri vardı, biri yox” (rejissor B. Osmanov) Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı (2015)

Ssenariləri əsasında çəkilən qısametrajlı bədii filmlər

[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. "Məhkəmə Əjdər Ol barədə həbs qərarı verdi". axar.z (az.). 8 fevral 2021. İstifadə tarixi: 3 noyabr 2021.
  2. "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun işçilərinin təltif edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 5 oktyabr 2007-ci il tarixli Sərəncamı Arxivləşdirilib 2021-10-24 at the Wayback Machine  (az.)